CƏMİYYƏT


Ekologiya və təbii sərvətlər naziri Şəkidə vətəndaşları qəbul edəcək

Bakı, 20 iyun, AZƏRTAC

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iyunun 29-da Şəki, Qəbələ, Oğuz və İsmayıllı rayonlarının sakinlərini qəbul edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş saat 09:30-da Şəki Olimpiya Mərkəzində (ünvan: Salman Mümtaz küçəsi 1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (ünvan: Salman Mümtaz küçəsi 23) ilə əlaqə saxlaya (telefonlar: 055-200-22-40, 050-280-48-48, 024-24-4-22-60) bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.