ELM VƏ TƏHSİL


“Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” mövzusunda III Respublika elmi konfransı

Bakı, 12 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” mövzusunda III Respublika elmi konfransının plenar iclası keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri açan Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən danışaraq konfransın işinə uğurlar arzulayıb.

Elmi tədqiqatların təşkili və təhlili şöbəsinin müdiri Mirnamiq Bəşirov ümummilli lider Heydər Əliyevin elmə, təhsilə olan diqqət və qayğısından bəhs edib. O, müxtəlif aktual problemlər üzrə seminar və konfransların elmin inkişafına verdiyi töhfəyə diqqət çəkib.

Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva çıxış edərək xalqımızın tarixinə böyük xilaskar kimi həkk olunan dahi şəxsiyyət Heydər Əliyevin yürütdüyü ekoloji siyasət, respublikada ekoloji problemlərin həlli yolunda atdığı addımlar haqqında məlumat verib.

Sonra Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının dosenti Azər Cəfərov “Torpaq resurslarımız: təbii, təsərrüfat və hüquqi aspektləri” və magistrant Xaliqə Cəfərova “Xəzər dənizindən götürülmüş su nümunələrinin kimyəvi analizi” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirdə ekokimyəvi tədqiqatlar, ətraf mühitin mühafizəsi, təbii resurslardan istifadənin istiqamətləri, torpaqların münbitliyi, aqroekoloji problemlərlə bağlı müzakirələr aparılıb.

Konfransın proqramına 113 tezis daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.