ELM VƏ TƏHSİL
“Ekologiyadan əvvəlki “ekologiya” monoqrafiyası çap olunub
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun dissertantı Yusif Mahmudov, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, professor Qara Mustafayev və BDU-nun dosenti, şair-publisist Аnar Məmmədovun həmmüəllifi olduqları “Ekologiyadan əvvəlki “ekologiya” monoqrafiyası çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, nəşrin elmi redaktorları Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, rəyçiləri isə akademik Urxan Ələkbərov, professorlar İzzət Rüstəmov, Vidadi Xəlilov və Məhərrəm Qasımlıdır.
Monoqrafiyada ekologiyanın mahiyyəti, elmi tarixi, müasir bölmələri və qədim zamanlardan başlayaraq əhalinin ətraf mühitlə qarşılıqlı münasibətlərindən bəhs edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:20]
Şərqşünas alimin məqaləsi Tehranda çap olunub
- 28.03.2024 [16:05]
Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
- 28.03.2024 [15:49]
BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
- 28.03.2024 [15:29]