CƏMİYYƏT


Ekoloji balansın qorunması üçün birgə monitorinqlərin aparılması məsələləri müzakirə edilib

Bakı, 18 dekabr, AZƏRTAC 

Dekabrın 18-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri arasında qida və ekoloji təhlükəsizliyin gücləndirilməsi, əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi məqsədilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ekoloji balansın qorunması sahəsi üzrə birgə monitorinqlərin aparılması, təbii və süni su hövzələrində yaşayan canlıların qida məhsulu kimi istifadəsi zamanı təhlükəsizlik normalarına əməl edilməsi, meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsinin həyata keçirilməsi, istehsal və emal müəssisələrində tullantıların idarə olunması, ictimai-iaşə müəssisələrində qida və ekoloji təhlükəsizlik tədbirlərinin görülməsi, təhlükəli tullantıların idarə edilməsi üçün xüsusi poliqonlardan istifadə və bu kimi digər sahələrdə birgə əməkdaşlıq barədə müzakirələr aparılıb.

Daha sonra tərəflər arasında müvafiq sənədlər imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.