CƏMİYYƏT


Ekoloji problemlərin operativ həlli üçün daimi işçi qrup yaradılacaq

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 10-da ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi, eyni zamanda ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşün sonunda ekoloji məsələlərdə bağlı yaranacaq sualların, problemlərin və təkliflərin operativ müzakirə olunub həlli yollarının tapılması istiqamətində daimi işçi qrupunun yaradılması barədə razılığa gəlinib.

Qeyd edək ki, özündə dünyanın 70 ölkəsinin 5000-dən artıq şirkət və təşkilatını birləşdirən “Caspian European Club” 2002-ci ilin iyun ayında “Caspian Energy International Media Group”un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə təsis edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.