CƏMİYYƏT
Ekoloji qanunvericiliyin tələblərini pozanlara 38 müddətli “məcburi göstəriş” verilib
Bakı, 25 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının atılması sahəsində yol verilmiş qanun pozuntularına görə 230 akt və protokol tərtib edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 38 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 39 iş üzrə 29550 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 111 iş üzrə 11054362,72 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 230 iş üzrə 36483,96 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 129, icra qurumlarına 17, məhkəmələrə isə 10 iş göndərilib.