CƏMİYYƏT


Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 271 akt və protokol tərtib olunub

Bakı, 9 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar.

Departamentdən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının atılması sahəsində yol verilmiş qanun pozuntularına görə 271 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 73 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 52 iş üzrə 26 min 400 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 21 iş üzrə 19283,31 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 177 iş üzrə 21157,37 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 31, icra qurumlarına 21, məhkəmələrə 4 iş göndərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.