CƏMİYYƏT


Ekoloq: Mübarizəmizi sonadək davam etdirəcəyik

Ekoloq: Mübarizəmizi sonadək davam etdirəcəyik

Bakı, 9 dekabr, AZƏRTAC

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində ermənilərin özbaşınalığı davam edir. Qızılbulaq və Dəmirli yataqları talanır, ekologiyamıza ciddi ziyan vurulur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın Bakıdakı səfirliyinin qarşısında keçirilən etiraz aksiyasının iştirakçısı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov deyib.

A.Məmmədov bildirib ki, ötən həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyi sözügedən ərazilərdə ekoloji vəziyyəti öyrənmək üçün oraya monitorinq qrupu göndərmişdi. Orada baş verən insident bir qrup ictimai fəalı bu aksiyanı keçirməyə və Rusiya sülhməramlılarının komandanı Andrey Volkova müraciət ünvanlanmağa məcbur edib. Müraciətdə ekologiya ilə bağlı narahatlığımız ifadə olunub.

“Vətəndaş cəmiyyəti olaraq hazırda həmin ərazilərdə baş verənlərdən çox narahatıq. Biz müstəqil ekoloq və ictimai fəallar olaraq, mübarizəmizi sonadək davam etdirəcəyik”, - deyə Amin Məmmədov vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.