ELM VƏ TƏHSİL


“Ekonometrikada xətti modellərin fəlsəfəsi” mövzusunda seminar təşkil olunacaq

Bakı, 18 noyabr, AZƏRTAC

UNEC-də noyabrın 22-də Beynəlxalq İqtisadi Əməkdaşlığın İnkişafı UNEC Tədqiqat Mərkəzinin tədqiqatçısı, Fransanın Cənubi Brotan Universitetinin doktorantı Samir Orucovun təqdimatında “Ekonometrikada xətti modellərin fəlsəfəsi” mövzusunda onlayn seminar keçiriləcək.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, seminar UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, Beynəlxalq İqtisadi Əməkdaşlığın İnkişafı UNEC Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.

Seminar UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.