“Ekson Mobil” korporasiyası “Enerji icmalı” paketinin təqdimatını keçirib
AzerTAg.az
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Energetika Nazirliyində “Ekson Mobil” korporasiyası tərəfindən hazırlanmış “Enerji icmalı” paketinin təqdimatı keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2040-cı ilədək qlobal enerji tələblərini və təchizat trendlərini əhatə edən “Enerji icmalı” paketi barədə korporasiyanın korporativ strateji planlaşdırma üzrə direktoru Robert Qardner məlumat verib. Bildirilib ki, təqdim olunan icmal “Ekson Mobil”in uzun müddətli investisiya planlaşdırılması məqsədilə hər il yenilənir.
Təqdimat zamanı energetika üzrə proqnozlar və 2040-cı ilədək olan dövrə dair məlumatlar şərh edilib, gələcək şərait, texnologiyada baş verən dəyişikliklər, yeni tədarük mənbələrinin işlənilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Xəbərin mətnində orfoqrafik səhv var