ELM VƏ TƏHSİL


Eksperimental obyektlərdə akustik küy çirklənməsi ilə bağlı monitorinq aparılıb

Bakı, 3 avqust, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda ölkəmizin ekoloji, iqtisadi, texnoloji, sosial, mədəni və milli xüsusiyyətlərindən asılı olaraq milli idarəçilik modelinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılıb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, əşyaların interneti və 5G mobil rabitə texnologiyalarının tətbiqi ilə milli akustik intellektual monitorinq şəbəkəsinin elmi-nəzəri və arxitektur-texnoloji əsaslarının işlənməsi mövzusu üzrə tədqiqat işləri də davam etdirilib. Həmçinin akustik küy idarəçiliyi sahəsində bir sıra qabaqcıl ölkələrin təcrübəsi öyrənilib və müqayisəli analiz edilib. Eksperimental obyektlərdə akustik küy çirklənməsi ilə bağlı monitorinq aparılıb və mühafizə tədbirlərinin görülməsi istiqamətində təkliflər işlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.