Ekspert: 18 yaşdan sonra kifoz xəstəliyinə qarşı edilən müalicələr nəticə vermir
AzerTAg.az
Bakı, 11 may, AZƏRTAC
Döş fəqərələrində olan ağır formalı əyriliklər ürəyi və ağciyərləri sıxa bilər. Bu da insanlarda təngnəfəslik və ürək ağrıları ilə müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ortoped-travmatoloq, cərrah Sənan Aşirov deyib.
“Sümüklərdəki deformasiya tam formalaşmış olduğundan 18 yaşdan sonra kifoz xəstəliyinə qarşı edilən müalicələr nəticə vermir. Lakin uşaqlarda müşahidə edilən bu halın düzgün diaqnozu ilə qarşısının alınması mümkündür. Xəstələrin yumşaq yataqlardan istifadə etməsi məsləhət görülmür. Mümkün qədər hündür olmayan yastıqlar istifadə olunmalıdır. Ortopedik döşəklər məsləhətlidir.
Oturaq həyat tərzi skolioz xəstəliyinin formalaşmasına ciddi təsir edir. Belə hallarda oturacaqlara diqqət yetirilməlidir”.

Xəbərin mətnində orfoqrafik səhv var