Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ekspert: Azərbaycan Prezidenti ABŞ şirkətlərini postmünaqişə dövründə bərpa və yenidənqurma işlərinə dəvət edir

Ekspert: Azərbaycan Prezidenti ABŞ şirkətlərini postmünaqişə dövründə bərpa və yenidənqurma işlərinə dəvət edir

Bakı, 23 mart, AZƏRTAC

Beynəlxalq münasibətlər birqütblü dünyanın böhranı şəraitində mövcud olsa da, ABŞ hələ də dünyanın aparıcı qüvvəsi olmaqda davam edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallığı ABŞ da daxil olmaqla bütün böyük qüvvələr tədricən qəbul etmək məcburiyyətində qaldılar. Biz bunu ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə göndərdiyi təbrik məktubunda görə bilərik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ekspert Elşən Məcidov söyləyib.

O qeyd edib ki, Ermənistan Qarabağ münaqişəsinin davam etdiyini, Minsk qrupunun formatına qayıtma zərurətini hələ də səsləndirir. Buna baxmayaraq, Azərbaycan öz şanlı Qələbəsi ilə münaqişəyə son qoyub və Minsk qrupu formatının üstündən isə birdəfəlik xətt çəkib. Cozef Baydenin göndərdiyi məktuba diqqət yetirsək mətndə münaqişə, Dağlıq Qarabağ və ya Minsk qrupuna işarə edəcək bir cümlə və ya söz belə tapa bilmərik. Bu, ABŞ-ın Ermənistanın mövqeyini dəstəkləmədiyinin sübutudur. Lakin Ermənistanın mövqeyinin dəstəklənməməsindən və yuxarıda adı çəkilən ifadələrin mətndə yer almamasından biz ABŞ-ın Azərbaycanı dəstəklədiyi hökmünü məntiqi yolla çıxara bilmərik. Belə ki, ABŞ regional proseslərə öz yanaşmasını da təqdim edə bilərdi. Lakin təbrik məktubunun mətninə diqqət yetirdikdə biz regional proseslərə yeni yanaşmanın olmadığının şahidi oluruq. Əksinə, məktub ABŞ-ın Azərbaycanın irəli sürdüyü formatı tam olaraq dəstəklədiyinə işarə edir. Mətndə C.Bayden əməkdaşlıq və sülhə sadiqliyi təsdiqləyir, Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəyini bildirir, ortaq təhlükəsizlik narahatlıqlarının həllindən və regional barışığı təşviqdən bəhs edir. Bundan savayı ABŞ Prezidenti iqtisadi əməkdaşlıq üçün yeni imkanların araşdırılması məqsədilə ölkəmizlə birgə işləyəcəyini qeyd edir.

“Azərbaycan Ermənistana sülh müqaviləsi ilə bağlı beş bənddən ibarət təklif göndərib. Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tərəfindən irəli sürülən sülh təklifi dövlətlərin bir-birlərinin suverenliyinin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyinin qarşılıqlı sürətdə tanınmasını, bütün zamanlarda qarşılıqlı sürətdə ərazi iddialarından əl çəkməyi, təhlükəsizliyə hədə törətməkdən imtina etməyi, sərhədlərin delimitasiya və demarkasiyası daxil olmaqla diplomatik münasibətlərin qurulmasını və nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı özündə ehtiva edir”, - deyə ekspert bildirib.

Azərbaycan Prezidentinin cavab məktubunun daha genişhəcmli olduğunu vurğulayan Elşən Məcidov deyib: “Cavab məktubu Azərbaycanın regional proseslərlə bağlı mövqeyinin ifadə olunmasını özündə təcəssüm etdirir. Dövlətimizin başçısı tərəfindən göndərilən məktub Azərbaycan və ABŞ arasında mövcud yüksək əlaqələrin sadalanmasından başlayır. Bu kiçik ekskurs regional proseslərə ölkəmizin baxış bucağını özündə ehtiva edən ikinci hissə üçün müəyyən giriş rolunu oynayır. Azərbaycan Prezidenti ABŞ-a dövlətimizin nə qədər vacib aktor olmasını xatırlatmaqla yanaşı, bizimlə və bizim yaratdığımız geosiyasi reallıqla hesablaşmağın zəruri olduğunu izah edir. Yeni geosiyasi reallıq isə ilk növbədə bundan ibarətdir ki, ölkəmiz 30 ilə yaxın müddət ərzində icra edilməmiş vəziyyətdə qalan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra edib. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında Ermənistan ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu ifadə edən Azərbaycan sülhün tərəfdarı olduğunu bir daha təsdiqləyir. Bu formatın və şərtlərin ifadə edilməsindən sonra dövlətimizin başçısı gələcəyə köklənmiş baxış əsasında ABŞ-ın Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə ümid etdiyini bildirir. Bunu 10 noyabr tarixli razılaşmada iştirak etməyən ABŞ-a sülh müqaviləsinin imzalanmasında tərəf kimi çıxış etməyə və regionda öz diplomatik mövcudluğunu möhkəmləndirməyə bir dəvət kimi də başa düşmək olar”.

Ekspert qeyd edib ki, dövlətimizin başçısı, həmçinin ABŞ şirkətlərini postmünaqişə dövründə bərpa və yenidənqurma işlərinə dəvət edir. Belə hesab edirik ki, burada Azərbaycan Prezidenti ABŞ-ın regionda mövcudluğunu, iqtisadi layihələrdə iştirakını nəzərdə tutur. Azərbaycan balanslaşdırma siyasətindən imtina etməyəcəyini bildirmək istəyir. Həmçinin ABŞ iqtisadi cəhətdən mövcudluğunu təmin etmək istəyirsə, Azərbaycan öz qapılarını həmişə ABŞ investisiyaları üçün açıq saxlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir