CƏMİYYƏT


Ekspert: Bayram günlərində yaxın təmaslara baxmayaraq, koronavirusa yoluxma hallarında artım izlənilmir

Ekspert: Bayram günlərində yaxın təmaslara baxmayaraq, koronavirusa yoluxma hallarında artım izlənilmir

Bakı, 28 mart, AZƏRTAC

Hazırda koronavirus infeksiyasına dair epidemioloji vəziyyət stabildir. Bayram günlərində yaxın təmaslara baxmayaraq yoluxma hallarının sayında ciddi artım izlənilmir.

Bunu AZƏRTAC-a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

İnfeksionistin sözlərinə görə, buna səbəb əksər insanlarda vaksinasiya və ya xəstəliyi keçirmək nəticəndə infeksiyaya qarşı immunitetin yaranmasıdır: “İnfeksiyanın “omikron" ştamı və onun altnövləri əksərən yüngül xəstəlik törədir və xəstəliyin gedişi mövsümi respirator virus infeksiyalarına çox bənzərdir. Ona görə də əksər yoluxmuş şəxslər həkimə müraciət etmədiyindən virus aşkarlanmır. Bu səbəbdən qeydiyyata alınan kiçik yoluxma saylarında ölüm hallarının nisbətən artması ölüm göstəricisinin həqiqi artımı deyil”, - deyə mütəxəssis bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.