Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Ekspert: “Dostluq” yatağı Azərbaycanın neft sənayesində əldə etdiyi əsas tarixi nailiyyətlərdəndir

Ekspert: “Dostluq” yatağı Azərbaycanın neft sənayesində əldə etdiyi əsas tarixi nailiyyətlərdəndir

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən, yanvarın 21-də Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Energetika üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıyan memorandumu AZƏRTAC-a şərh edib.

O qeyd edib ki, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsinə dair Memorandumun imzalanması Azərbaycanın neft sənayesində əldə etdiyi əsas tarixi nailiyyətlərdən biridir. Bildiyimiz kimi, “Dostluq” yatağı Azərbaycan tərəfindən “Kəpəz” olaraq, eyni zamanda, Türkmənistan tərəfindən “Sərdar” olaraq adlandırılırdı. İlk dəfə olaraq hələ sovet dövründə Azərbaycan neftçiləri tərəfindən kəşf edilən yataqdır. Bu istiqamətdə 1989-cu ildə ilk kəşfiyyat quyusu qazılıb. Ancaq bu yataq hər iki dövlətin dəniz sərhədinin tam ortasında yerləşdiyinə görə uzun illər istismarı mümkün olmayıb. Neft yataqlarının olması bir zənginlik sayılsa da, ancaq bundan istifadə etmək, faydalanmaq, gəlirlər əldə etmək, resursları dünya bazarlarına çıxarmaq bu istiqamətdə daha əhəmiyyətlidir. Bu çərçivədə uzun illərdir ki, Azərbaycan və Türkmənistan arasında danışıqlar davam edirdi. İmzalanan sənəd bu istiqamətdə hər iki dövlət üçün tarixi əhəmiyyətə malikdir. Eyni zamanda, bu yatağın “Dostluq” adlandırılması onu göstərir ki, burada qazanan dostluq, dialoq, eyni zamanda, hər iki dövlətin xalqları olub.

“Azərbaycan hər zaman enerji layihələrində əməkdaşlıq, dialoq, eyni zamanda, müzakirələrdən yana olub. Digər Xəzəryanı ölkələrlə də əməkdaşlıq əlaqələrində bunu müşahidə edə bilərik. Bu çərçivədə bugünkü müqavilənin imzalanması da burada dialoqun, müzakirənin qazandığını da göstərir. Eyni zamanda, qeyd edim ki, bu, həm Azərbaycan, həm də Türkmənistan üçün çox önəmli bir məsələdir. Azərbaycan nöqteyi-nəzərindən dəyərləndirdiyimiz zaman, bilirik ki, bu yataq zəngin neft-qaz ehtiyatlarına malikdir. Yəni yataqda təqribən 50 milyon tondan çox çıxarıla bilən neft ehtiyatı və 30 milyard kubmetrdən çox təbii qaz ehtiyatının olduğu düşünülür”, - deyə E.Axundzadə bildirib.

Ekspert əlavə edib: “Azərbaycanın strategiyasında əsas prioritet istiqamətlərindən biri neft ehtiyatlarının nisbətən stabil saxlanılması, ancaq təbii qaz hasilatının ciddi bir şəkildə artırılmasıdır. Çünki, neft nöqteyi-nəzərindən dəyərləndirdiyimiz zaman bizim bir çox yataqlarımız uzun illərdir istismarda olan yataqlardır. Yəni 100 ildən çox istismarda olan yataqlar mövcuddur. Sovet dövründən istismarda olan yataqlardır. Bu yataqların bir çoxunda yaşlandığına, uzun müddətdir istismarda olduğuna görə hasilatda təbii yolla müəyyən qədər azalmalar müşahidə edilir. Bu çərçivədə “Dostluq” yatağının inkişaf etdirilməsi ilə bərabər Azərbaycan gələcəkdə öz neft hasilatını stabil saxlayacaq və bir qədər artırma imkanı əldə edə biləcək”.

E.Axundzadə qeyd edib ki, digər tərəfdən bu çərçivədə Türkmənistanın payına düşəcək neftin də Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarlarına çıxarılması mümkün ola bilər. Bu da Bakı-Tbilisi-Ceyhan boru kəmərinin rentabelliliyinin daha da artmasına, Azərbaycana əlavə tranzit gəlirlərinin gəlməsinə mühüm töhfə verəcək. Yəni bu, həm Azərbaycanın əlavə neft gəlirlərinin artmasına, həm də Azərbaycanı tranzit baxımından əsas mərkəzlərdən birinə çevirərək gəlirlərinin artmasına şərait yaradacaq. Digər tərəfdən də, hasil olunacaq təbii qaz Cənub Qaz Dəhlizi vasitəsilə dünya bazarlarına çıxarıla bilər ki, bu da öz növbəsində, Azərbaycanın təbii qaz gəlirlərinin artmasına, bu layihənin daha effektli istifadəsinə öz dəyərli töhfəsini verəcək.

“Digər tərəfdən Azərbaycan və Türkmənistan arasında imzalanan bu memorandum gələcəkdə yeni əməkdaşlıq əlaqələrinin qurulması nöqteyi-nəzərindən də əhəmiyyətlidir. Bildiyimiz kimi, Türkmənistan dünyada ən çox təbii qaza sahib olan 4-cü ölkədir. Gələcəkdə türkmən qazının da Cənub Qaz Dəhlizi layihəsinə daxil olması bu istiqamətdə həm Türkmənistana əlavə gəlirlər qazandıra, təbii qaz ixracının artmasına imkan yarada, həm də Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini artıra, Azərbaycanın bu istiqamətdə gəlirlərinin daha da artmasına təkan verəcək. Düşünürəm ki, bu nöqteyi-nəzərdən yeni müqavilə gələcəkdə yeni əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində çox əhəmiyyətlidir. Bu da öz növbəsində, hər iki dövlətə uzun illər gəlir qazandıracaq”, - deyə E.Axundzadə bildirib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb YENİLƏNİB

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib