İQTİSADİYYAT


Ekspert: “Dostluq” yatağı bölgənin dayanıqlı inkişaf xəttinin formalaşdırılması üçün ciddi təkan ola bilər

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan ilə Türkmənistan arasında “Dostluq” yatağı ilə bağlı əldə olunmuş razılaşma bütövlükdə bölgənin dayanıqlı inkişaf xəttinin formalaşdırılması üçün çox ciddi təkan ola bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Elşad Məmmədov deyib.

Ekspert qeyd edib ki, Xəzəryanı dövlətlərin 2018-ci ildə qəbul etdiyi konvensiya faktiki olaraq bölgənin sosial-iqtisadi və siyasi, humanitar inkişafı üçün kifayət qədər ciddi zəmin yaratmış oldu. Azərbaycan ilə Türkmənistan prezidentlərinin “Dostluq” yatağının birgə istismarı ilə bağlı qəbul etdiyi qərar məhz sabitlik və inkişaf nöqteyi-nəzərdən olduqca ciddi qərar kimi mövqeləşməkdədir. Uzun illər bölgədən uzaq dövlətlərin müdaxiləsi nəticəsində Xəzərdə mövcud olan problemlərin dərinləşməsi trend təşkil edirdi. Son illər məhz Xəzər bölgəsi dövlətlərinin regionun inkişafının müəyyənləşdirilməsi istiqamətindəki səyləri bölgənin sabitlik və inkişaf məkanına çevrilməsi üçün şərait yaratmış oldu. Azərbaycanla Türkmənistanın bütövlükdə qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi üçün mövcud potensial var. Dünyada və bölgədə kifayət qədər yeni geosiyasi və iqtisadi reallıqların formalaşması göz qabağındadır. Belə olan halda regional iqtisadi əməkdaşlığın dərinləşməsinə çox ciddi ehtiyac formalaşıb.

“Hesab edirəm ki, yeni platformaların sabitliyə xidmət etməsi nəticəsində ölkələrimiz arasındakı iqtisadi əlaqələrin potensialını xeyli dərəcədə reallaşdırmış olacaq. Hər iki ölkə kifayət qədər böyük iqtisadi resurslara malikdir. Eyni zamanda, Azərbaycan ilə Türkmənistanın dayanıqlı və qabaqlayıcı iqtisadi inkişaf xəttinə keçməsi üçün tam şəkildə şərait var. Ölkədə və bölgədə baş verən proseslər kontekstində Azərbaycan və xarici iqtisadi əlaqələrin qurulması baxımından Türkmənistan üçün bu proseslərin reallaşdırılması baxımından məhz bölgə ölkələri ilə qarşılıqlı humanitar, iqtisadi, siyasi əlaqələrin dərinləşməsinə ehtiyac var. Düşünürəm ki, Azərbaycan ilə Türkmənistan arasında “Dostluq” yatağı ilə bağlı əldə olunmuş razılaşma bütövlükdə bölgənin dayanıqlı inkişaf xəttinin formalaşdırılması üçün çox ciddi təkan ola bilər”, - deyə E.Məmmədov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.