REGİONLAR


Ekspert: İntensiv heyvandarlığın inkişafı ölkəmizdə ət və süd istehsalının artmasını təmin edib

Bakı, 14 fevral, Ceyhun Rüstəmov, AZƏRTAC

Son 10 ildə heyvandarlıq sahəsində müasir tələblərə cavab verən idarəetmə sisteminin formalaşdırılması, qapalı yemləmə siteminin tətbiqi, heyvanların sağlam cins kimi yetişməsi üçün ferma komplekslərini qurulması iribuynuzlu intensiv heyvandarlığa marağı artırıb. Belə ki, müasir tələblərə cavab verən heyvandarlıq kompleksiləri yaradılıb və dövlət xətti ilə güzəştli şətlərlə xaricdən gətirilərək sahibkarlara verilən damazlıq və məhsuldar heyvanlarla bu sahədə ciddi dəyişikliklərə nail olunub. İribuynuzlu yerli cinslərin cırlaşması və təsərrüfat əhəmiyyətini itirməsi nəticəsində bir laktasiya dönəmində 1500 litr süd əldə olunur və çəki alma imkanı məhdud səviyyədə qalır. Dövlət dəstəyi ilə xaricdən gətirilən və qapalı şəraitdən saxlanılan heyvanların bir laktasiya dönəmində süd məhsuldarlığı 5000-6000 litr, çəki alma imkanı isə çox yüksəkdir. Nəticədə intensiv heyvandarlığın yaradılması ölkədə təməl qida maddəsi olan ət və süd istehsalının artmasını təmin edib.

Bunu AZƏRTAC-a açıqlamasında ekspert Cəfər İbrahimli deyib.

Onun sözlərinə görə, hazırda ölkənin illik süd və süd məhsullarına olan ehtiyac 2 miyon tona yaxındır və bunun təxminən 90 faizə yaxını yerli istehsal hesabına formalaşır və idxaldan asılılıq yox səviyyəsindədir. Son 10 ildə ölkə üzrə illik süd istehsalı 1,5 milyon tondan 2 milyon tona yüksəlib. Növbəti mərhələdə isə yeni heyvandarlıq təsərrüfatlarında yetişdirilən damazlıq heyvanların fərdi fermerlərə və ev təsarüfatlarına satışı ilə ölkə üzrə cins tərkibinin sağlamlaşdırılmasının, ət və süd məhsullarının istehsalının daha da artması gözlənilir. İntensiv damazlıq təsərrüfatlarının yetişdirdiyi heyvanların yerli fermer və ev təsərrüfatlarına satılması sisteminin qurulması ilə xaricdən damazlıq heyvan idxalının da azalması təmin ediləcək.

Cəfər İbrahimli qeyd edib ki, heyvandarlığın inkişafını dəstəkləyən ən böyük amil isə dövlət dəstəyi ilə planlı formada süd emalı müəssisələrinin qurulmasıdır. Emal müəssisələrinin süd ehtiyacı böyük ölçüdə yerli heyvandarlıq fermaları tərəfindən ödənilir və təbii süddən hazırlanmış ekoloji təmiz süd məhsulları daxili istehsal hesabına təmin edilməklə idxaldan asılıq kəskin azalıb.

“Növbəti illərdə qapalı saxlanılan təsərrüfatların yem təminatının bir hissəsinin fermerlərin özləri tərəfindən təmin edilmə imkanlarının yaxşılaşdırılması, süd emal müəssisələri ilə südçülük təsərrüfatları arasında uzunmüddətli müqavilələrin bağlanması (hazırda bu müqavilə, əsasən 3 aylıq bağlanır) və süd istehsalının maya dəyərinə bağlı qiymət siyasətinin qarşılıqlı formalaşdırılması intensiv iribuynyzlu heyvandarlıq təsərrüfatlarının inkişafını təmin edəcək əsas amillərdir”, - deyə ekspert bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.