Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Ekspert: “Texniki tənzimləmə haqqında” Qanun biznes mühitinin əlverişliliyini artıracaq

Ekspert: “Texniki tənzimləmə haqqında” Qanun biznes mühitinin əlverişliliyini artıracaq

Bakı, 4 dekabr, AZƏRTAC

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən hərtərəfli islahatlar Azərbaycanın daxili və xarici iqtisadi fəaliyyətində müasir, rəqəmsal və innovativ meyilləri artırmaqda davam edir. Ölkəmizdə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılması, rəqabətliliyinin artırılması və istehlakçı hüquqlarının qorunması ilə əlaqədar dövlətimizin başçısı tərəfindən “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib. AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadənin “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun mahiyyəti və məqsədləri, Azərbaycan sahibkarı və istehlakçıları üçün üstünlükləri barədə müsahibəsini təqdim edir.

- “Texniki tənzimləmə haqqında” Qanunun əsas məqsədi nədən ibarətdir?

- Bildiyiniz kimi, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq biznes iqlimində rəqabət mühitinin olması mütləqdir. Azərbaycanın milli məhsullarının buraxılışının artırılması və ixrac potensialının əhatə dairəsinin genişləndirilməsi istiqamətində “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin çağırışlarını rəhbər tutaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə dərin islahatlar aparılıb. Aparılan islahatların bir istiqaməti də yerli və milli məhsullarımızın daxili bazarda artırılması, o cümlədən məhsullarımızın beynəlxalq bazarlarda reputasiyasının formalaşdırılması və ixracın şaxləndirilməsinə nail olmaqdır. Bu məqsədlə son bir ay ərzində iki vacib Qanun qəbul edilib ki, buraya “Texniki Tənzimləmə haqqında” və “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının qanunları daxildir.

Xüsusilə, vurğulamaq lazımdır ki, “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.1.5-ci bəndində qeyd olunan “Texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılması, onların biznes mühitinə dəstək istiqamətində tətbiq edilməsi” tədbirinin çağırışına müvafiq olaraq qanunlar üzrə yaradılan işçi qrupları səviyyəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində geniş müzakirələr keçirilib.

Beynəlxalq ticarətdə milli, yerli məhsulların sərbəst dövriyyəsinin təmin edilməsi, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi üçün keyfiyyətli və beynəlxalq standartlara uyğun tənzimləmə tədbirlərinin görülməsi vacib amildir. Son illərə qədər Azərbaycanın bu sahədə hüquqi bazasının formalaşdırılması istiqamətində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən geniş təhlillər aparılıb və dövlət qurumları ilə səmərəli müzakirələr olub. Qəbul edilmiş “Texniki tənzimləmə haqqında” Qanun mallar, onlarla əlaqəli proseslər və istehsal metodlarına dair məcburi tələblərin müəyyən olunması, qəbulu və tətbiqi, habelə uyğunluğun qiymətləndirilməsi ilə əlaqədar münasibətlərin hüquqi tənzimlənməsini müəyyən edir. Qanunun əsas məqsədi istehlakçıların hüquqlarının müdafiəsi və onların maraqlarının təmin edilməsi, istehsal edilən malların rəqabətini bazarda artırmaq, təbii ehtiyatlardan və enerji resurslarından səmərəli istifadə etməkdir.

- Qanunun qəbulu rəqabətliliyə necə təsir göstərəcək?

- Prezident İlham Əliyevin iqtisadi fəaliyyət sahəsində daima Avropa və mütərəqqi respublikaların təcrübəsini öyrənmək və yararlanmaq kimi əhəmiyyətli tapşırığına müvafiq olaraq qeyd etmək lazımdır ki, adıçəkilən Qanun Azərbaycan məhsullarının həm yerli bazarda idxal məhsulları ilə birgə vahid texniki göstəricilərlə rəqabətliliyinin artırılması və xarici bazarlarda keyfiyyət bərabərliyi və daha da üstünlüyünün təmin edilməsi məqsədilə ÜTT-nin tələbləri və Avropa İttifaqının modeli üzrə mövcud standartlaşmanın tələblərinə uyğunlaşdırılıb. ÜTT-nin və Avropa İttifaqı təcrübəsinin beynəlxalq təcrübələr arasında ən mütərəqqi olduğunu nəzərə alaraq, yerli qanunvericiliyə həmin prinsip və tələblərin təhlil olunaraq inteqrasiyası ölkəmizin qısa və orta müddətli dövrdə xarici bazarlarda daha geniş paya sahib olmasına şərait yaradacaq.

Vahid texniki reqlament orta və uzun müddətli dövrdə qeyri-neft sektorunun qeyri-qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinə müsbət təsirlərini göstərəcəkdir. Xüsusilə, qeyri-qida sahəsində fəaliyyət göstərən qeyri-neft ixracatçılarının tərkibində payının daha da artırılmasına öz əhəmiyyətli və müsbət təsirlərini göstərəcək.

- Bəs bu Qanunun qəbulundan sonra “QOST” standartı hansı reqlamentləri müəyyənləşdiriləcək?

- Qanun qəbul edilməsi ilə qeyri-qida məhsullarına müvafiq texniki reqlamentlər dövlət tərəfindən müəyyənləşdiriləcək və bu zamana qədər istifadə edilən “QOST” standartlar texniki reqlamentlərlə əvəz olunacaq. Bundan əvvəl “QOST” standartların qoyduğu tələblərə uyğun olaraq, malın hazırlanmasında yenilikçi yanaşma tətbiq edilməsi mümkün deyildi. Lakin artıq hazırlanacaq texniki reqlamentlər nəticəsində məhsulun hazırlanmasında istifadə edilən xammalın yeni innovativ yanaşma əsasında digər xammalla rahat əvəz olunması mümkün olacaq və texniki reqlamentlər müəyyənləşdiriləcək.

- Qanunun istehlakçılar üçün üstünlükləri nələrdir?

- “Texniki tənzimləmə haqqında” Qanunun qəbul edilməsi ilə Azərbaycan istehlakçısı ilə Avropa İttifaqında yaşayan şəxsin istehlak edəcəyi məhsulun standartlarında fərq olmayacaq. Başqa sözlə, Almaniyada yaşayan şəxsin öz ölkəsində qeyri-qida təyinatlı marketə daxil olarkən əldə etdiyi məhsulun keyfiyyət və standartı ilə Azərbaycan vətəndaşının istehlak etdiyi məhsula yanaşma eynilik təşkil edəcək. İstehlakçıların hüquqlarının qorunması və bazarda haqqı olan keyfiyyətli məhsulu əldə etmək və ondan istifadəsinə inam artacaq, bu da ölkəmizin milli və yerli məhsullarına inamı artıracaqdır. Bundan əlavə, qeyd edilməlidir ki, bu prosesdə “İctimai iştirakçılıq haqqında” Qanuna müvafiq olaraq texniki reqlamentlərin hazırlanmasında müzakirələr keçiriləcək və ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələrinin rəyləri nəzərə alınacaq.

Qanunun qəbulu istehlakçılarla bərabər istehlakçılar qarşısında daha da məsuliyyətli olan subyektlərin, yəni sahibkarların da biznes fəaliyyətini təkmilləşdirəcək. Belə ki, sahibkarlar qeyri-qida fəaliyyəti ilə məşğul olarkən, dövlət tərəfindən müəyyənləşdirilən texniki reqlamentlərə uyğun öz mal, onlarla əlaqəli proseslər və istehsal proseslərini tənzimləyəcəklər. Yuxarıda verilən şərhə müvafiq olaraq, mövcud texniki reqlamentlərin beynəlxalq reqlamentlərə uyğunlaşdırılması ilə milli texniki reqlamentlər formalaşacaq. Bu o deməkdir ki, Azərbaycan sahibkarının istehsal etdiyi qeyri-qida malı Avropa İttifaqında istehsal olunan mallarla eyni uyğunluq səviyyəsinə malik olacaq.

- Bu Qanun yalnız qeyri-qida məhsullarına tətbiq olunur?

- Bəli, bu Qanunda qeyri-qida məhsullarına yanaşma tətbiq olunur. Qeyd edək ki, “Texniki tənzimləmə haqqında” Qanunun 5.4-cü maddəsinə müvafiq olaraq, heyvan və insan sağlamlığı, heyvan xəstəliklərindən və təhlükəli yemlərdən, bitki sağlamlığını zərərli orqanizmlərdən, həmçinin zərərvericilər nəticəsində yarana biləcək digər zərərdən qorunmaq məqsədilə məhsullara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına müəyyən edilən məcburi tələblərə şamil edilmir. Qida məhsulları qida təhlükəsizliyini özündə əhatə edən hüquqi-aktlar, “Fitosanitar, Baytarlıq Haqqında” Qanunlarla tənzimlənir. Qeyd edək ki, bu ÜTT-nin əsas tələbləri olmaqla və nəzərə alınmaqla müəyyən olunub. Habelə, adıçəkilən Qanun dövlətin təhlükəsizliyi və müdafiəsi ilə bağlı fəaliyyətinin həyata keçirilməsinə də şamil edilmir.

- “Texniki tənzimləmə haqqında” Qanun sertifikatlaşdırma şirkətlərinin fəaliyyətinə necə təsir edəcək?

- Qanun texniki reqlamentin tələblərinə uyğunluğu qiymətləndirəcək ki, bu sertifikatlaşdırma şirkətlərinin fəaliyyətini stimullaşdıracaq. Belə ki, akkreditasiyadan keçən şirkətlərin uyğunluğunun qiymətləndirilməsi və uyğunluq sertifikatının verilməsi səlahiyyəti olacaqdır ki, bu da onların kommersiya fəaliyyətinə birbaşa təsir edəcək. Bu istiqamətdə dövlət nəzarəti yoxlama və ictimai nəzarətin çağırışlarına cavab olaraq həyata keçiriləcək.

Texniki reqlamentə riayət etməyən fəaliyyət növü aşkarlanarsa və nöqsan olarsa, uyğun qiymətləndirilməsinə məsul kommersiya qurumunun akkreditasiyasına yenidən baxıla və ya ləğv oluna bilər. Əlavə olaraq qeyd edilməlidir ki, yalnız yüksək riskli mallar məcburi sertifikatlaşdırılır, orta və aşağı riskli malların uyğunluğunun qiymətləndirilməsi isə istehsalçıların özləri tərəfindən aparılır.

Özəl sektorun da bu fəaliyyətdə yer tutması dövlət idarəetmə xərclərinin rasionallaşdırılmasına və sahibkarlıq fəaliyyəti üçün zəruri olan minimum müdaxilənin təmin edilməsinə, istehsalata dövlət nəzarətinin bazara dövlət nəzarəti ilə əvəzlənməsinə, milli standartlaşma sistemində özəl sektorun aktiv iştirakına səbəb olacaq.

Təhlillərin nəticəsi olaraq, müvafiq qanunun tələblərinə riayət etməklə istehlakçıların həm milli, həm də idxal məhsullarına olan inamı artacaq, sahibkarlıq subyektləri arasında rəqabət güclənəcək, insanların qeyri-qida sahəsinə məxsus olan mallarla təmasında sağlamlıq və təhlükəsizliyi təmin olacaq və enerji resursları və təbii ehtiyatlardan səmərəli istifadə daha da təkmilləşəcək. Bütün bunlar Prezident İlham Əliyevin sahibkarlar və istehlakçıların biznes və həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi növbəti islahatların tərkib hissəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır

Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib