İQTİSADİYYAT


Ekspert: Vergitutma mənbəyi vergilərin hesablanması və alınması qaydaları üçün çox əhəmiyyətlidir

Bakı, 27 sentyabr, AZƏRTAC

Vergi Məcəlləsinə əsasən, vergi məbləğləri bilavasitə mənbədən, bəyannamə və bildiriş üzrə tutulur.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergitutma formaları ilə bağlı məsələyə aydınlıq gətirən iqtisadçı ekspert Anar Bayramov vergitutma mənbəyinin vergilərin hesablanması və alınması qaydaları üçün çox əhəmiyyətli olduğunu deyib.

Ekspert qeyd edib ki, bilavasitə mənbədən vergitutmaya misal olaraq, ödəmə mənbəyində tutulan vergiləri göstərmək olar: “Məsələn, işçilərin əməkhaqlarından tutulan gəlir vergisi. İşçi əməkhaqqı gəlirini əldə edənə qədər vergilərin hesablanması və tutulması həyata keçirilir. Burada əməkhaqqını ödəyən şəxs vergi agenti rolunda çıxış edir. Eyni hal dividend və ya icarə haqqı gəlirləri əldə edən bəzi şəxslərə də aiddir ki, vergi ödəyən şəxs tərəfindən ödəmə mənbəyində verginin tutulması həyata keçirilir”. Bəyannamə üzrə vergitutmaya gəlincə isə adından göründüyü kimi vergiödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə vergilərin hesablanması nəzərdə tutulur. Məsələn, hüquqi şəxsin 2019-cu ilin yekunlarına aid təqdim etdiyi mənfəət vergisi bəyannaməsinə əsasən, mənfəəti 40 min manat təşkil edib. Həmin bəyannamə göstəricisinə əsasən, vergiödəyicisinin ödəməli olduğu mənfəət vergisi 8000 manat (40.000 manat x 20 faiz) təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.