İQTİSADİYYAT


Ekspertizanın keçirilməsi zamanı vergiödəyicisi olan şəxsin hansı hüquqları var?

Ekspertizanın keçirilməsi zamanı vergiödəyicisi olan şəxsin hansı hüquqları var?

Bakı, 30 oktyabr, AZƏRTAC

Vergi Məcəlləsinə əsasən, ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan vergiödəyicisinə bir sıra hüquqlar verilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu zaman vergiödəyicisi olan şəxs ekspertə etiraz etmək, ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək səlahiyyətlərinə malikdir.

Həmçinin ekspertiza keçirildikdə, vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsilə ekspertiza keçirilməsində iştirak etmək, ekspertin rəyi ilə tanış olmaq da vergiödəyicisinin hüquqlarına daxildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.