ELM VƏ TƏHSİL


Ekspertlər ən təhlükəli smartfonları açıqlayıblar

Bakı, 9 fevral, AZƏRTAC

“Statista” şirkətinin ekspertləri elektromaqnit şüalanması səviyyəsinin yüksək olduğu smartfonların reytinqini təqdim ediblər.

AZƏRTAC xəbər verir ki, şirkət bu barədə məlumatı “Twitter”də yerləşdirib. Reytinqin tərtibində Almaniya Radiasiyadan Müdafiə İdarəsinin məlumatlarından istifadə olunub.

Reytinqə görə, Çinin “Xiaomi Mi A1” smartfonunun şüalanma səviyyəsi bir kiloqram üçün 1,75 vatt təşkil edir ki, bu da reytinqdə ən yüksək göstəricidir. İkinci yeri Çinin “OnePlus 5T” (1,68 vt/kq), üçüncü yeri yenə də Çinin “Xiaomi Mi Max 3” (1,58 vt/kq) smartfonları tutur.

ABŞ-ın “Apple” konserninin iki modeli də reytinqdə yer alıb. Məsələn, şüalanma səviyyəsi 1,38 vt/kq olan “iPhone 7” 9-cu, “iPhone 8” 14-cü yerdədir.

Şirkətdən bildiriblər ki, ekspertlər reytinqin tərtibi zamanı “Apple”, “Blackberry”, “Google”, HTC, “Huaweii”, “Samsung”, LG, “Motorola”, “OnePlus”, “Sony”, “Xiaomi” və ZTE kimi istehsalçıların smartfonlarını öyrəniblər.

Qeyd edək ki, “Statista” onlayn-statistika, bazar tədqiqatları və biznes-analitika portalıdır. O, bazarın tədqiqi ilə məşğul olan müəssisələrin, habelə kommersiya təşkilatlarının və dövlət müəssisələrinin ingilis, fransız, alman və ispan dillərində məlumatlarından istifadə etməyə imkan yaradır. Dünyanın ən sanballı statistik məlumat bazası olan platformada 18 mindən çox mənbədən 80 mindən çox mövzuda 1 milyon 500 mindən artıq statistik məlumat saxlanılır. Portal statistik məlumatlarla yanaşı, bazar proqnozları, tədqiqatlar, dosyelər, sahə hesabatları, rəqəmsal və istehsal bazarının perspektivləri barədə məlumatlar təqdim edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.