DÜNYA


Ekspertlər ən təhlükəsiz smartfon kimi “iPhone” modelini seçiblər

Bakı, 11 oktyabr, AZƏRTAC

“MarketWatch” təşkilatının ekspertləri dünyada ən təhlükəsiz smartfon kimi “iPhone” modelini seçiblər.

AZƏRTAC “oane.ws” saytına istinadla xəbər verir ki, mütəxəssis Cessika Orteqanın sözlərinə görə, “Apple” şirkəti qurğuların kənar təsirlərdən mühafizəsi məsələsinə ciddi yanaşır və boşluqları aradan qaldırmağa çalışır. “Android” əməliyyat sistemi isə reklam şirkətləri üçün qurğuların məlumatlarını toplayaraq onları “Google” şirkətinin serverlərinə göndərir.

“iPhone” modelinin təhlükəsizliyinə baxmayaraq, ekspert David Qinzburq smartfonun aktivliyinin hər istifadəçi tərəfindən müstəqil şəkildə idarə olunmasını vacib hesab edir. Bu onunla əlaqədardır ki, hətta ən etibarlı qurğunun quraşdırılmış mühafizə sistemi istifadəçini mənfi nəticələrdən tam qoruya bilmir. O qeyd edib ki, smartfonun mühafizəsi bütün istifadəçilərin fərdi təhlükəsizlik amillərindəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.