DÜNYA
Ekspertlər “iPhone 8 Plus”un kamerasını “ən yaxşı” adlandırıblar
Bakı, 26 sentyabr, AZƏRTAC
“DxO Labs” şirkəti “iPhone 8 Plus” qurğusunun kamerasını ən yaxşı smartfon kamerası adlandırıb.
AZƏRTAC xəbər verir ki, məlumata görə, kameraların peşəkar müqayisəsi ilə məşğul olan və “DxOMark” xidmətinə malik “DxO Labs” şirkəti sentyabrın 12-də təqdim edilmiş “iPhone 8 Plus” smartfonunun kamerasının işini maksimum balla qiymətləndirib. Belə ki, bu smartfon yoxlama zamanı 94 bal toplayıb. “iPhone 8” smartfonunda bu göstərici 92 bala bərabərdir.
Beləliklə, “DxOMark” xidməti tərəfindən tərtib edilmiş reytinqdə “Apple”ın yeni qurğuları bundan əvvəl liderlik edən “Google Pixel” və “HTC U11” smartfonlarını sıxışdıraraq ilk yerləri tutub. İndi “iPhone 7 Plus” və “iPhone 7” smartfonları müvafiq olaraq beşinci və altıncı yerləri bölüşürlər.
Ekspertlər bildirirlər ki, yeni “iPhone” smartfonunun kameraları HDR çəkilişi zamanı xüsusilə yaxşıdır, çünki “iPhone 7 Plus”la müqayisədə böyük detallaşdırmanı təmin edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]