MƏDƏNİYYƏT


Ekspertlər otellərin əvəzinə mənzillərin bronlanmasının müsbət və mənfi cəhətlərini açıqlayıblar

Bakı, 15 iyul, AZƏRTAC

Yaşayış yerlərinin bronlanması xidməti ilə məşğul olan “Tvil.ru” saytının istirahətə yollanan istifadəçilərinin təxminən 60 faizi otelləri, 20 faizi – mənzilləri bronlayır, yerdə qalan 20 faizi isə digər məskunlaşma vasitəsindən yararlanırlar.

AZƏRTAC “ria.ru” saytına istinadla xəbər verir ki, xidmətin statistikasına görə, mənzilləri daha çox şirkətlər (26,4 faiz) və ailələr (33,4 faiz), otelləri isə uşaqlı qadınlar (20,7 faiz) və cütlüklər (17,1 faiz) bronlayır.

Tez-tez rast gəlinən problemlər mənzillərin bronlanması zamanı yaranır. Ekspertlər mülk sahiblərinin şəxsiyyətinin təsdiqlənməsi zamanı ortaya çıxan çətinlikləri sadalayırlar. Çünki onlar barəsində açıq mənbələrdə məlumat olmur. Qonaqlar obyektin şəklinin həqiqətə uyğun gəlməməsi, evlərin təmirsiz olması və xoşagəlməz qoxu ilə də qarşılaşa bilərlər.

Bundan başqa, turist saat 21.00-dan sonra gəldikdə yerləşdirilmə ilə bağlı çətinliklər yarana bilər. Həmçinin mənzillərdə bir qayda olaraq mühafizə də yoxdur, ev sahibləri gündəlik təmizlənməni də çətin ki, təmin etsinlər.

Düzdür, turistlər də ev sahiblərinə müəyyən problemlər yaradırlar. Ən çox rast gəlinən problemlərdən biri iki nəfər üçün bronlama etdirildiyi halda altı adamın gəlməsidir.

Lakin mənzil bronlamanın otellərlə müqayisədə müsbət tərəfləri də var. Buraya mənzillərin kirayəsinin dəyəri (mənzil əlbəttə ki, ucuz başa gəlir), əlavə ödəniş edilmədən paltaryuyan maşından istifadə, sərbəst yemək hazırlamaq, həmçinin böyük və səs-küylü kampaniya ilə məskunlaşmaq imkanı daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.