İQTİSADİYYAT


“Ekspress-C” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 21-də “Ekspress-C” ASC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında (BFB) birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.

BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı min ədəd, nominal dəyəri min manat, illik faiz dərəcəsi 12,5 faiz, tədavül müddəti 2 təqvim ilidir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” bölməsində yerləşdirilib. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin Profili” bölməsindən əldə edə bilərsiniz.

Qeyd edək ki, yanvarın 14-də Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “Ekspress-C” ASC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.