MƏDƏNİYYƏT


“Ekstatik rəqs” – “Artım”da növbəti tədbir belə adlanır

Bakı, 13 iyul, AZƏRTAC

İyulun 15-də “Artım” layihə məkanında “Ekstatik rəqs” adlı tədbir keçiriləcək.

“YARAT”dan AZƏRTAC-a bildirilib ki, əsas məqsəd yığılmış gərginliyi və stresi aradan qaldırmaq və daxili insan resurslarını ortaya çıxarmaqdır. Bu təcrübədən keçməyə, layihənin müəllifi Səid İsmayılovun rəhbərlik etdiyi peşəkar təlimçilər iştirakçılara köməklik göstərəcək.

Bu təcrübəni azad, ani yaranmış rəqs kimi də adlandırırlar. Hər yaşda və hər hansı bir rəqs bacarığı olan bu təcrübədən keçə bilər. Təcrübə, hər şeyin dalğa və ritmik bir şəkildə hərəkət edən enerjilərdən ibarət olduğunu vurğulayan fəlsəfi məqamlara əsaslanır. Məqsəd, zehni sülhə gətirməkdir və beləliklə bədən ruhun istəyinə uyğun hərəkət etməyə çalışır. Bədən hərəkətinə və nəfəs almaq prosesinə diqqət yetirən insan tez zamanda meditativ duruma çatır və onun bütövlüyünü, dünya ilə əlaqəsini hiss edə bilir. “Rəqs etməyin, rəqsin özü olun” – bu praktikanın əsas ideyasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.