REGİONLAR


Ekstremal idman növləri üzrə birinciliyin qalibləri müəyyənləşib

Kəngərli, 8 noyabr, AZƏRTAC

Kəngərli rayon tam orta məktəblərinin şagirdləri arasında 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş ekstremal idman növləri üzrə keçirilən rayon birinciliyinə yekun vurulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Kəngərli Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Hava və Ekstremal İdman Növləri Federasiyasının rayon bölməsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 8 məktəbin, ümumilikdə, 60 şagirdi iştirak edib.

Əsasnaməyə əsasən, yarış 2000 metr məsafə üzrə təyin olunub. Yekunda oğlanlar arasında Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin şagirdi Sunay Mütəlov qalib adını qazanıb. Həmin kəndin 1 nömrəli tam orta məktəbin şagirdi Sinan Cəlilov ikinci, 2 nömrəli tam orta məktəbin şagirdi Təhmin Hacıyev isə üçüncü olub.

Qızların mübarizəsində isə finiş xəttinə ilk olaraq Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin şagirdi Aydan Rzayeva çatıb. Bu məktəbin digər şagirdləri Bülbül Hüseynova və Lalə Cəfərova ikinci və üçüncü yerləri tutublar.

Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.