REGİONLAR


Ekstremal vəziyyətlərdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilinə dair təlim-treninq keçirilib

Naxçıvan, 28 oktyabr, AZƏRTAC

Naxçıvan Diaqnostika Müalicə Mərkəzində ekstremal vəziyyətlərdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilinə dair təlim-treninq olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, təlim-treninqdə əvvəlcə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə igid Vətən övladlarının torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizədən, böyük Qələbəyə yaxınlaşdıran zəfərlərdən danışılıb.

Sonra güllə, qəlpə və mina partlayışları, kəllə-beyin travmaları, sınıqlar, qanaxmalar, yanğınlar zamanı ilkin tibbi yardım tədbirləri haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, hadisə yerində bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür.

Ekstremal vəziyyətlərdə mulyaj üzərində aparılan ilkin tibbi yardım qaydaları videogörüntülərlə müşayiət olunub. Qeyd edilib ki, belə bir vaxtda tibb işçiləri yaralı əsgərlərimizə, mülki vətəndaşlarımıza ilkin təcili və təxirəsalınmaz tibbi xidmət göstərməklə qələbəmizə öz töhfələrini verirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.