SİYASƏT


Ekstremist qruplaşmanın rəhbəri Dağlıq Qarabağa vuruşmağa yola düşüb

Bakı, 30 oktyabr, AZƏRTAC

Sağ radikal “Zouaves Paris” qruplaşmasının lideri Mark de Kakkere-Valmenir “Instagram”dakı səhifəsində bildirib ki, Dağlıq Qarabağa ermənilərlə birlikdə vuruşmağa yola düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə "Liberasen" bildirib.

Mark de Kakkere "Kalaşnikov" avtomatı ilə hərbi formada şəklini də paylaşıb. Fotoda "İstiqamət: cəbhə yazılıb". O, həmçinin ermənilərlə əməkdaşlıqla "xarici könüllülər briqadası"nı yaratmaq arzusu haqqında da bildirib.

O, özünü birbaşa faşist adlandırır. Amma Parisdə zorakılığın əsas təhrikçisi olan sağ ekstremistlər qruplaşmasına “Zouaves Paris” adını verib. Mark de Kakkere, həmçinin deyib ki, bu kiçik qruplaşma küçələri qorxuda saxlamaq üçündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.