DÜNYA


Ekvador Assanjın ekstradisiyası barədə ABŞ-ın müraciətindən xəbərsiz olub

Bakı, 12 aprel, AZƏRTAC

Ekvador “WikiLeaks” saytının təsisçisi Culian Assanjı ekstradisiya etmək barədə ABŞ-ın Britaniya hökumətinə müraciətindən məlumatsız olub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Ekvadorun xarici işlər naziri Xose Valensiya ölkənin paytaxtı Kitoda mətbuat konfransında deyib. Onun sözlərinə görə, Assanja siyası sığınacaqdan imtina edilməsi barədə qərarın yeganə səbəbi jurnalistin məhkəməyə gəlmədiyi üçün Böyük Britaniyanın 2012-ci ildə verdiyi həbs orderidir.

Xatırladaq ki, Culian Assanj bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını 2006-cı ildə təsis edib. 2012-ci ildə İsveçin ona qarşı seksual cinayətdə ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb və orada demək olar ki, 7 il gizlənib. Dünən ölkənin hakimiyyət orqanları ona siyasi sığınacaq verməkdən imtina edib. Bununla yanaşı, Ekvador Prezidenti Lenin Moreno Culian Assanjın onu ölüm cəzası gözlədiyi ölkələrə verilməyəcəyi barədə Londondan zəmanət alındığını bildirib.

“Scotland Yard” Ekvador hökumətinin razılığından sonra Assanjı aprelin 11-də bu ölkənin səfirliyində həbs edib. Britaniyanın xarici işlər naziri Ceremi Hant həmin addıma görə Lenin Morenoya minnətdarlığını bildirib. “WikiLeaks” isə öz növbəsində, Ekvador hakimiyyətini beynəlxalq hüququ pozaraq Assanjın siyasi sığınacağına son qoymada günahlandırıb.

Assanjın müdafiəsi ABŞ-a ekstradisiyası olunacağı təqdirdə ona 35 ilədək həbs və ya ölüm cəzası verilə biləcəyindən ehtiyatlanır. Birləşmiş Ştatların Ədliyyə Nazirliyi isə Culian Assanjı haker fəaliyyətinə görə 5 il həbs cəzası gözlədiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.