DÜNYA


Ekvadorda böyük mis, qızıl və gümüş yatağı tapılıb

Bakı, 13 iyun, AZƏRTAC

Ekvadorun şimalında yerləşən İmbabura əyalətində dünyanın ən böyük mis, qızıl və gümüş mədənlərindən biri tapılıb.

AZƏRTAC EFE informasiya agentliyinə istinadla xəbər verir ki, “Alpala” yatağı dünyada ən iri gümüş, üçüncü ən iri qızıl və altıncı ən iri mis ehtiyatlarına malik ola bilər. Yataq “Kaskabel” layihəsi çərçivəsində aşkarlanıb.

Mütəxəssislər hasilatı 49-66 il davam edə biləcək “Alpala” yatağının ehtiyatlarını 10,9 milyon ton mis və 23 milyon unsiya qızıl həcmində qiymətləndirir. Yataqda ilk 25 ildə mis hasilatının həcmi 207 min ton, qızıl hasilatı 438 min unsiya, gümüş hasilatının həcmi isə 1,4 milyon unsiya təşkil edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.