CƏMİYYƏT


Ekvadordan ABŞ-a təyyarə ilə gəlmiş 13 tələbə xəstəxanaya yerləşdirilib

Vaşinqton, 23 aprel, AZƏRTAC

Ekvadordan təyyarə ilə ABŞ-a gələn 13 tələbə uçuş zamanı özlərini pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, “American Airlines” aviaşirkətinin xidmət etdiyi 1201 nömrəli reyslə Mayamidən Bostona uçan təyyarə aprelin 21-də saat 9:20 radələrində Bostondakı “Logan International Airport” hava limanında yerə enib. Aeroportda pasiyentləri Bostonun təcili yardım bölmələrinin maşınları gözləyirdi. Tələbələr dərhal “Massachusetts General Hospital” xəstəxanasına çatdırılıb. Bu 13 nəfərin hamısı Mayamidə həmin təyyarəyə minəndən əvvəl Qalapaqos adalarına və Ekvadora səfərdən qayıdan 40 nəfərlik tələbə qrupunun üzvləri olub.

Tədris müəssisəsinin nümayəndələri bildiriblər ki, 13 nəfərin hamısı eyni yemək qəbul edəndən sonra onların halı pisləşib. Qrup üzvləri şübhələnirlər ki, tələbələr Cənubi Amerikada nadir virusa yoluxa bilərlər. Digər tələbələr buna oxşar simptomlar barədə şikayətlənməyiblər. 13 tələbənin vəziyyəti barədə hələlik ətraflı məlumat verilməyib.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.