CƏMİYYƏT


Ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik qeydə alınıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri Bakıda və Abşeron yarımadasında, həmçinin ölkənin rayonlarında ekzogen geoloji proseslərin dinamikasında müşahidələr aparır, mövcud olan sürüşmə, subasma və uçqun təhlükəsi olan yerlərdə monitorinqlər keçirirlər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılan müşahidələr nəticəsində Bakı şəhəri və Abşeron yarımadasının mövcud sürüşmə yerlərinin bir çoxunda stabillik qeydə alınsa da, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində, Zığ-1, Maştağa-Zabrat, Daş Karxanası, Qala qəsəbəsi ərazilərində sürüşmə, uçqun və subasma proseslərinin dinamikasında nisbi aktivlik müşahidə olunub.

Respublikanın rayonlarında keçirilən monitorinqlər zamanı Astara rayonunun Kijəbə sürüşmə sahəsində, Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8, 10-cu kilometrliyində, Lənkəran-Lerik yolunun 17-19, 23, 27-29, 40 və 45-47-ci kilometrliyində, Lənkəran rayonunun Gəgiran sürüşmə sahəsində, Lerik rayonunun Soru, Kirəvud, Veri-Əliabad sürüşmə sahələrində, Masallı rayonunun Güllütəpə, Zuvand sürüşmə sahələrində, Cəlilabad rayonunun Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 12-13 və 17-ci kilometrliyində, Gədəbəy rayonunun Arıqıran sürüşmə sahəsində, İsmayıllı rayonunun İstisu, Sədiyan, Xankəndi, Diyallı sürüşmə sahələrində, Ağsu aşırımı boyu, Muğanlı- İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliyində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik qeydə alınıb. Hazırda monitorinq və müşahidələr davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.