DÜNYA


“El Al Israel Airlines” aviaşirkətinə məxsus təyyarə 13 illik fasilədən sonra İstanbula eniş edib

İstanbul, 25 may, AZƏRTAC

2007-ci ilin martından etibarən Türkiyəyə kommersiya məqsədli uçuşları dayandıran “El Al Israel Airlines” aviaşirkətinə məxsus təyyarə 13 illik fasilədən sonra mayın 25-də İstanbulun Atatürk Hava Limanına eniş edib.

AZƏRTAC xəbər verir ki, Təl-Əviv-İstanbul arasında müntəzəm karqo reysləri etmək üçün aviaşirkət tərəfindən Türkiyəyə edilən müraciət qəbul olunub. Bundan sonra həyata keçiriləcək reyslərin yalnız karqo və yükdaşıma məqsədli olacağı bildirilir.

Təyyarə Təl-Əviv və İstanbuldan keçməklə Nyu-Yorka COVID-19-la mübarizəyə dəstək məqsədilə 23 ton tibbi ləvazimatın çatdırılması üçün havalanıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.