İDMAN


“El Peruano” qəzeti: “Formula 1 Azərbaycanda”

Bakı, 19 iyun, AZƏRTAC

Perunun nüfuzlu “El Peruano” qəzetində “Formula 1 Azərbaycanda” sərlövhəli məqalə dərc edilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Perudakı diplomatik nümayəndəliyindən məlumat verilib.

Məqalədə Şərqlə Qərbin qovuşuğunda yerləşən, çoxəsrlik ənənələri, təbii sərvətləri, özünəməxsus tarixi abidələri və zəngin mətbəxi olan müasir Azərbaycan haqqında ətraflı məlumat verilir. Azərbaycan xalqının qonaqpərvərliyindən və ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlərə dünyanın hər yerindən çoxsaylı qonaqların gəlməsindən söz açılır. Dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıda “Eurovision” müsabiqəsinin və birinci Avropa Oyunlarının keçirildiyi oxucuların diqqətinə çatdırılır.

Məqalədə Azərbaycanın tarixində Bakıda ilk dəfə Formula 1 Avropa Qaran-pri yarışının keçirilməsindən bəhs edilir. Şəhərin gözəl yerləri, o cümlədən qədim İçərişəhərdən söhbət açılır, onun Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edildiyi bildirilir, geniş prospektlər, tarixi və müasir binalar, füsunkar dənizkənarı park və Formula 1 pilotlarının yarışdıqları yollar təsvir edilir. Bildirilir ki, yarış halqası 6 kilometrdir. Uzunluğuna görə bu, Belçikadakı Spa trekindən sonra ikinci, Formula 1 təqvimində ən uzun küçə yarışıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.