Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“El Universal” qəzeti Meksika millət vəkillərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərindən yazıb

“El Universal” qəzeti Meksika millət vəkillərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərindən yazıb

Nyu York, 9 fevral. AZƏRTAC 

Meksikanın ən nüfuzlu mətbu orqanlarından biri hesab edilən “El Universal” qəzetinin ingilisdilli versiyasında Azərbaycanın bu ölkədəki səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov ilə müsahibə dərc olunub.

AZƏRTAC xəbər verir ki, yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin yeganə yolunun rəsmi Yerevanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərək öz silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması olduğu deyilir. Burada Dağlıq Qarabağ regionunun Azərbaycana məxsus olduğu, lakin 1992-ci ildən Ermənistanın işğalı altında qaldığı deyilir.

Qeyd edilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Meksikada son zaman artmış marağa bu ölkədə müxalifəti təmsil edən üç millət vəkilinin - Marqarita Blanka Kuata Dominqezin, Maria Kristina Qarsia Bravonun və Carlos Hernandez Mironun Azərbaycan hökumətindən icazə almadan işğal altındakı ərazilərə Meksika mətbuatında böyük qalmaqalla nəticələnmiş səfəri səbəb olub. Bildirilir ki, Azərbaycan səfirliyi bu səfərlə bağlı Meksikanın Xarici İşlər Nazirliyinə (Xarici Əlaqələr Katibliyi) və Konqresinə sərt etirazını bildirib.

Azərbaycan diplomatının sözlərinə əsasən qeyd olunur ki, Ermənistan tərəfi və bu ölkənin Meksikada səfiri A.Ayvazyan özünəməxsus tərzdə, hətta öz dostlarını - o zaman Ermənistanda səfərdə olan Meksika-Ermənistan dostluq qrupu üzvü olan adıçəkilən deputatları pis vəziyyətdə qoyaraq onları münaqişəyə cəlb edib, siyasi xal qazanmaq üçün öz çirkin oyunlarında istifadə etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə aparıblar. Bildirilir ki, deputatlar Meksika XİN-in həmin ərazilərə Azərbaycan hökumətinin icazəsi olmadan səfər etmə qadağasına və həmin ərazilərin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə ümumtanınmış ərazisi olduğuna məhəl qoyulmadan buraya gətirilib. Onları kameralar qarşısına çıxarıb, masanın üstünə dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan tərəfindən belə tanınmamış qondarma rejimin bayrağını qoymaqla və beləliklə, növbəti təxribata əl ataraq Ermənistan hökumətinin əsas məqsədinin separatçı rejimin guya Meksika tərəfindən dəstəklənməsi illüziyasını yaratmaq olduğu deyilir.

Bildirilir ki, Azərbaycan tərəfinin etirazı nəticəsində Meksika rəsmilərinin ölkəmizin ərazi bütövlüyü və münaqişə ilə bağlı BMT TŞ qətnamələrini dəstəklədikləri barədə bəyanatlardan sonra Ermənistan səfiri bu avantüranın boşa çıxdığını anlayaraq yeni oyuna əl atıb. O, heç bir diplomatik etikaya uyğun olmayan, presedentsiz bir addım ataraq Meksika vətəndaşlarını öz ölkəsinin XİN-in qadağalarına məhəl qoymayaraq işğal olunmuş ərazilərə səfərə çağırıb.

Səfirliyimizin müvəqqəti işlər vəkili Ermənistan səfirini bu məkrli oyunlardan əl çəkməyə və yüzminlərlə həmvətənimizin nəyə görə öz torpaqlarından qovulduğu, qətlə yetirildiyi, etnik təmizləmələrə məruz qaldığını izah etməyə çağırıb. Müsahibədə Mexiko şəhərində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə heykəlin ucaldığı xatırladılır.

Həmçinin erməni səfirin “Dağlıq Qarabağda yeni erməni soyqırımı təhlükəsi” barədə sözləri ilə bağlı onların uydurma, cəfəng və absurd olduğu bildirilərək Azərbaycanın multikulturalizm və tolerantlığı ilə tanınmış bir ölkə olduğu vurğulanır, burada bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliklə üzləşmədən birgə yaşadıqları deyilir, Bakının mərkəzində hətta erməni kilsəsinin mövcud olduğu vurğulanır.

Bundan əlavə, yazıda 2017-ci ildə Azərbaycan-Meksika diplomatik əlaqələrinin 25-ci ildönümünün qeyd edildiyi, iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsi üçün böyük imkanların olduğu bildirilir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Təhsil Cəmiyyətinin idarə heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib