Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Elbası Nursultan və Turan Yolu

Elbası Nursultan və Turan Yolu

Bakı, 29 noyabr, AZƏRTAC

Dəmirçilər, yəni metallurqlar - deyə zikr edirdi qədim Çin salnamələri türk qövmünü. Bütöv xalqı, bütöv toplumu dəmiri ram edən sehrbazlar kimi görürdü Tabğac salnaməçiləri, çünki dəmir uca Tanrının bəşəriyyətə verdiyi bir lütfdür və türklər bu lütfü yalnız ölüm saçan silahlara deyil, həm də bəşəriyyəti irəli aparan əşyalara çevirdilər. Göy Türk dövlətinin xaqanı Elxan Bumın 552-ci il iyunun 26-da dövlət qurduğunu elan edərkən, öncə zindana çəkic vurdu və orada səslənən metal cingiltisi zəfərlərlə dolu türk tarixini səma kitabının altun vərəqlərinə yaza-yaza bu günə gətirib çıxardı. Teymurləng kimi dünya fatehləri də türk qövmünün şərəf kitabı olan həmin altun vərəqlərə dəmirçi adı ilə düşdülər. Bu gün türk dünyasının ağsaqqalı adlandırılan və hər bir türk insanı tərəfindən hörmətlə anılan, Qazaxıstan dövlətinin qurucusu– Elbası Nursultan Nazarbayev də siyasi Tanrıdağa gedən yolunu metallurluqdan, yəni dəmirçilikdən başlayıb. Türk hakimiyyət fəlsəfəsinin dirçəlməyə çalışan bu böyük insan, türk törəsinə uyğun olaraq, Elbası titulunu qəbul etdi. Bu titul onun türk elini dirçəltmək cəhdlərinin qazax cəmiyyətindən gələn rezonansı idi. Bütün qədim türk hökmdarları - Elxan Bumın, Elteriş, Bilgə xan, Satuq Buğra xan, Çingiz xan tarixdə doğuluşda aldıqları adla yox, əməlləri ilə qazandıqları adla qalıblar... Yəqin ki, N. Nazarbayev də yaddaşlarda Elbası kimi qalacaq, çünki Qazaxıstanı məhz onun idarəetmə bacarığı bir El halına gətirdi.

Bu fikirlər şair-publisist, Mahmud Kaşqari adına Beynəlxalq Fondun sədri Elxan Zal Qaraxanlının Qazaxıstan Respublikasının yaranmasının 30 illiyinə həsr olunan “Elbası Nursultan və Turan Yolu” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC yazını təqdim edir.

Onun hakimiyyətinin ilk illərində dövlətdə yaranmış vəziyyət o qədər acınacaqlı idi ki, böyük ərazisi və çoxmillətli etnik tərkibi olan ölkə parçalanma təhlükəsi ilə üz-üzəydi, hər halda, çoxları belə düşünürdü. Lakin respublikanın başçısı Nursultan Nazarbayev qısa müddət ərzində dövlətin dayaqlarını möhkəmləndirməyə, Qazaxıstan iqtisadiyyatını yeni relslər üzərinə qoymağa nail oldu. O müdrik bir rəhbər kimi, xalqın quruculuq potensialını nəcib və xeyirxah işlərə səfərbər edə bildi və bununla da müstəqillik reallığa çevrildi. Çoxmillətli Qazaxıstan cəmiyyətini vahid xalq kimi toparlamaqla, o, qazaxların çoxəsrlik arzularını həyata keçirdi. Böyük çölün genişliyində, Avrasiyanın ürəyində qədim ənənələri olan və gələcəyə can atan, yüksək zəkaya malik ağıllı bir liderin yönəltdiyi bir ölkə dünya səhnəsində baş qaldırdı. Böyük insanlar böyük hadisələrdə yaranır və böyük hadisələri böyük insanlar yaradır. Qazaxıstanın da bəxti onda gətirdi ki, onun müstəqilliyinin lap əvvəlindən dövlət sükanı Nursultan Nazarbayev kimi müdrik bir siyasətçinin əlində oldu. Onun böyük dövlət ağlı, möhkəm iradəsi, müdrikliyi, ölkəsinə və xalqına sədaqəti sayəsində Qazaxıstan Respublikası toparlanaraq, dünya səhnəsində özünəməxsus yerini tapa bildi.

Hakimiyyətdə olduğu bütün illər ərzində o bir an da kim olduğunu, hansı şəcərədən gəldiyini unutmadı. Avrasiyanın ürəyində, çoxmillətli Qazaxıstanın nəhəng ərazisində, əsrlər uzunu unutdurulmağa çalışılan əski türk ənənələri onun sayəsində yenidən bərqərar olmağa başladı. O, nəhayətsiz türk çöllərində uzun zamanlar boyu kabus kimi dolaşan dastansal röyaları gerçəkliyə çevirməyə çalışdı, səhranın ortasında nağılvari bir şəhər qurdu. İndi bu şəhər elə onun adını daşıyır - Nur-Sultan, çünki burada hər bina, hər küçə, parklar və meydanlar onun xəyallarından doğulub.

Bu şəhərin salınması ilə bağlı N.Nazarbayevin özünün yazdığı “Avrasiyanın ürəyində” adlı kitab var, bu kitab Azərbaycanda da nəşr olunub. Sözün düzü onu dostum İbrahim İlyaslı ilə birgə dilimizə çevirib mən nəşr etdirmişəm. Ona görə də paytaxtın köçürülməsi ilə bağlı bu ölkənin rəhbərliyinin hansı çətinliklərlə üzləşdiyini yaxşı bilirəm. Qazaxıstanın tarixində bir neçə paytaxt olub, lakin Nur-Sultan şəhəri həqiqətən böyük çölün genişliyində əsl möcüzə oldu. Bu, qədimliklərin dərinliyində ərimiş köçəri imperiyaların arzularından materiallaşdırılmış nağıllar şəhəridir. Bayterekin - türklərin qədim düşüncələrinin Dünya ağacı - Bay dirəyinin ətrafında tikilmiş bir şəhər. Burada keçmiş də, bu gün də iç-içədir. Dünyaya hökm edən xaqanların ibadətgahını andıran Ak Orda, Xan çadır, qədim dövrün böyük qəhrəmanları-türk hökmdarları və bahadırlarının meydanlarda və parklarda ucalan heykəlləri, yeni görkəmdə inşa olunan piramida, onlarla yanaşı ultramüasir binalar və göydələnlər. Bu sözün hərfi mənasında çiçəklənən bir şəhərdir. Burada hayana baxırsan, güldür, çiçəkdir. Mən heç bir şəhərdə bu qədər gül-çiçək görməmişəm.

Açıb Nur Sultanın gül-çiçəkləri,

Güllər çeşid-çeşid, güllər rəngbərəng.

Günəşə naz satan gül ləçəkləri,

Günəşin qızılı telindən qəşəng.

Maraqlıdır ki, burada qışda da belə olur. Yəqin ki şəhərin yaşıllaşmasına baxanlar xüsusi sort toxumlardan istifadə edirlər, çünki çiçəklər qış-yay təravətlərini saxlayırlar.

Nur-Sultan (keşmiş Astana) ağlasığmaz dərəcədə qısa müddət ərzində - haradasa on ildə tikilib. Sözsüz ki, bu heyrətamiz layihənin baş arxitektoru və memarı Nursultan Nazarbayev özüdür. Hər halda o, öz kitabında belə yazır. O, yeni paytaxt tikmək qərarına gələndə təkcə öz arzularını deyil, bütün xalqın arzularını da həyata keçirdi. Bütün bunlar 20-25 ildə baş verdi. Bu şəhərdə bir-birinə bənzər binalar çox azdır. Elbasının göstərişi ilə burada binalar elə tikilir ki, onların hər biri şəhərin memarlıq sənətində analoqu olmayan yeni bir nümunə olmalıdır. Nur-Sultanda, türk xalqlarının taleyində olduğu kimi, Şərq və Avropa memarlıq üslubları ahəngdar şəkildə bir-birinə qarışıb, bu da şəhərə xüsusi cazibə verir. Geniş prospektlərin, meydanların, parkların, göydələnlərin, memarlıq nümunələrinin, inzibati komplekslərin, yaşayış binalarının sehrli aurası ətrafında isə insan istiliyinin və ruhunun dalğaları yürüyür. Bu da əbəs deyil. Axı dünyanın aparıcı dövlətlərinin böyük paytaxtları sırasında məhz Nur-Sultan bütün dinlərin, mədəniyyətlərin və sivilizasiyaların dialoqu mərkəzi rolunu oynayır.

Nursultan Nazarbayevin qurduğu Qazax dövləti bu gün dünyanın ənənəvi dinlərinin və konfessiyalarının liderlərini bir masa ətrafında toplaya bilən nadir ölkələrdəndir. 2003-cü ildə Qazaxıstanın paytaxtında Nursultan Nazarbayevin təşəbbüsü ilə ənənəvi milli dinlərin qurultayı keçirildi. Qurultayda dünyanın ən nüfuzlu ruhani liderləri iştirak edirdilər, onların bir çoxu əks fikirlərə, hətta düşmən baxışlara malik idilər, lakin buna baxmayaraq, onlar bütün fikir ayrılıqlarını aradan qaldıraraq, dünyada münaqişəli vəziyyətlərin həlli üçün, təmas nöqtələrini tapmaq üçün bir araya gələ bildilər. N.Nazarbayevin bu təşəbbüsü artıq ənənəvi xarakter alıb və vaxtaşırı həyata keçirilir. Tolerantlıq baxımından Qazaxıstanın və Azərbaycanın bənzərlikləri çoxdur. Məncə bu sahədə Avropalıların bizlərdən öyrənə biləcəkləri çox şeylər var.

N. Nazarbayev və Azərbaycan

Bir dəfə, türkdilli dövlətlərin rəhbərlərinin Almatı sammitində (2011) maraqlı bir mənzərə ilə qarşılaşdım. Sammit başa çatdıqdan sonra (orada Qazaxıstan, Qırğızıstan, Azərbaycan prezidentləri və Türkiyə Baş nazirinin müavini iştirak edirdi) Nursultan Nazarbayev Azərbaycan Prezidentinə yaxınlaşdı və əlini astaca onun çiyninə qoydu, onlar beləcə, lap ata-oğul sayaq söhbət edə-edə, yavaş-yavaş qapıya doğru getdilər. Mən həmin vaxt zalda idim və bu mənzərəni çox yaxından seyr edirdim, deyim ki, bir azərbaycanlı yazar kimi çox mütəəssir oldum. Orada dörd ölkənin nümayəndələri vardı, mətbuat vardı, xarici gözlər vardı. Nursultan Abişeviç, bu çox illik təcrübəyə malik dövlət adamı, sadəcə Azərbaycanın dövlət başçısına, onun timsalında Azərbaycana olan münasibətini nümayiş etdirmirdi, həm də diplomatik etiketi bir az pozaraq nümunə göstərirdi ki, başqaları da görsünlər. Elbasının, qazax xalqının milli liderinin Prezident İlham Əliyevə qarşı belə isti davranışı, qazax xalqının da Azərbaycana olan münasibət bucağının formalaşmasına böyük təsir göstərirdi. Mən şəxsən bunun şahidi olmuşam. Bu hadisədən sonra mən Qazaxıstanda çox məclislərdə, tədbirlərdə iştirak etmişəm, onların hamısına Azərbaycan nümayəndələri qatılıblar, ilk söz onlara verilib və hökmən Azərbaycan Prezidenti barədə yüksək fikirlər deyilib. Türk birliyi elə-belə yaranmır ki. Onu yaradan kişilər var...

...Qarabağ savaşının ilk günlərindən Nursultan Nazarbayev onun çözülməsi üçün çox səy göstərib. O dövrdə dağılmaqda olan Sovet İttifaqının yerində Avrasiya Birliyinin yaranmasını arzulayan N.Nazarbayev, münaqişənin alovlanmadan söndürülməsinə çalışırdı. Biz Qarabağ üzərində erməni terrorçuları tərəfindən vurulan helikopterdə qətlə yetirilənlər arasında olan qazaxıstanlı yüksək rütbəli zabitləri heç vaxt unuda bilmərik, onlar da bizim şəhidlərimizdir, Qarabağ savaşının şəhidləridirlər... Münaqişənin davam etdiyi bütün illər ərzində Nursultan Nazarbayevin rəhbərlik etdiyi Qazaxıstan dövləti həmişə Azərbaycanın haqlı müharibəsinin yanında oldu, Azərbaycan və Türkiyənin gerçəkləşdirdiyi bütün iqtisadi layihələrdə tərəfdaş kimi iştirak etdi. Bu gün Elbasının qoyduğu ənənəni davam etdirən Prezident K-J.Tokayev də eyni xətti yürüdür. Ermənistanın formal müttəfiqi hesab edilməsinə baxmayaraq, Azərbaycan xalqının böyük Zəfər qazandığı Vətən savaşında Azərbaycanın tərəfini tutdu. Böyük Zəfərdən sonra, özündə bütün türk dövlətlərini birləşdirən Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi parlaq Qələbə münasibətilə təbrik etdi.

Bəşər övladının dəmir adlı metalı tanıyan gündən bəri, ənənələri davam edən şanlı Dəmirçilər şəcərəsinin bu böyük oğlu.

Elin dar günündə elə bəydirək olur Elbası,

Xəzərin bu üzündə bizik, o üzündə Qazaxıstan.

Türk günəşi deyilən xəyali bir el qurduq,

Köçəri uruqların min illik arzusundan.

Sənə salam göndərirəm Azərbaycan adından,

Dəmir ərlər yadigarı Elbasımız Nursultan.

Yeni dönəmdə Türk Dövlətləri Təşkilatının yaranmasının əsas ilhamçısı və ideoloqu da həmişə N.Nazarbayev olub. Onun Avrasiya Birliyi ideyası da bu qayəyə xidmət edir. Genlərində qədim türk ənənələrini yaşadan bir rəhbər kimi, onu təkcə öz ölkəsinin deyil, bütün türk xalqlarının taleyi narahat edir. Nursultan Nazarbayevin böyüklüyü də elə bundan ibarətdir. Mübaliğəsiz demək olar ki, onu bütün dünyada sevənlər və hörmət edənlər var. Onu tanıyırlar, ona hörmət edirlər, onun fikri ilə hesablaşırlar. Türk xalqları isə onu hörmətlə ağsaqqal adlandırırlar. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin yekdil qərarı ilə Nursultan Nazarbayevə təşkilatın ömürlük fəxri sədri statusu verilib. O həm də Avrasiya Ali İqtisadi Şurasının da fəxri sədridir. Bu, çox təbiidir. O, həmişə Avrasiyaçılıq və Türk Birliyi ideyasını reallaşdırmağa çalışıb, çünki o bilir, o yaxşı bilir ki, geosiyasətdə dünyanın qəlbi hesab olunan Avrasiya məkanı həmişə türklərin olub və gələcəkdə də belə olacaq. Türklərin Turana və Azərbaycana aid olmadığını isbatlamaq üçün qucaq-qucaq kağız korlayıb “Loqos Turana” kimi cəfəngiyat yazan Aleksandr Dugin kimi “avrasiyaçı filosofların” yazdıqları isə tarixin zibilliyində qalacaq.

Elbası Zəngəzur üzərindən Azərbaycanın ana hissəsindən ayrı salınmış Naxçıvana açılan yolu “Turan yolu” adlandırdı. Bu yol yenə də Çinin şimalından, Şərqi Türküstandan başlayan qədim “İpək Yolu”nun yeni zühurunun, yeni türk birliyinin bir simgəsi olacaq. Bu böyük qayənin həyata keçirilməsində böyük əmək və iradə sərgiləyən prezidentlərimiz İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğana min dəfə afərin deməmiz az olar. Məhz onların sayəsində çox yüksək mərtəbəyə qədəm basan Azərbaycan-Türkiyə birliyi “Turan Yolunun” təməli oldu. Qazaxıstanın da birliyə qətiyyətlə qoşulması bu təməli daha dayanıqlı edəcək. Çünki qədim kitablarda deyildiyi kimi, - “birdən iki törəyir, ikidən üç, üçdən isə hər şey”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb