DÜNYA


Elbrus dağında çətin vəziyyətdə qalan 5 alpinist ölüb

Bakı, 24 sentyabr, AZƏRTAC

Elbrus dağında (Rusiyanın Kabarda-Balkar Respublikası) əlverişsiz hava şəraiti səbəbindən 5 rusiyalı alpinist həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Alpinist qrupunun tərkibində 19 nəfər olub. Əlverişsiz hava şəraitində yüksək zirvədə qalan alpinistlər kömək istəyiblər.

Rusiyanın FHN-nin xilasediciləri əraziyə cəlb olunub və onların 14-ü tapılaraq xilas edilib. Onlardan bir neçəsinin vəziyyəti orta-ağırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.