Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Elçin Əhmədov: Ermənistanın faşizmi qəhrəmanlaşdırması onun dövlət terrorizmi siyasəti yürütdüyünə sübutdur

Elçin Əhmədov: Ermənistanın faşizmi qəhrəmanlaşdırması onun dövlət terrorizmi siyasəti yürütdüyünə sübutdur

Bakı, 13 may, AZƏRTAC

Elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Erməni millətçiləri XIX əsrin sonunda - 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Hınçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdılar. Bundan sonra ermənilərin “böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoydu. Erməni terror təşkilatları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşlar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib.

Elçin Əhmədov deyib: “Erməni millətçilərinin ən aparıcı təşkilatı hesab edilən “Daşnaksütyun” - erməni federativ inqilab partiyasının əsas qayəsi Azərbaycanın Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında “böyük Ermənistan” dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən “Daşnaksütyun” türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. “Daşnaksütyun” partiyasının keçirdiyi terror aksiyası “Nemezis” əməliyyatı adlanır. 1919-cu ilin oktyabrında “Daşnaksütyun” partiyası İrəvanda keçirdiyi IX qurultayda “Nemezis” intiqamçı terror hərəkatına başlamaq haqqında qərar vermişdir. Armen Qaronun rəhbərlik etdiyi “Nemezis”in siyahısına Türkiyənin və Azərbaycanın 650 dövlət xadiminin və ziyalısının adları salınmışdı. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qrupların məqsədi adları siyahıda olan şəxsləri axtarıb taparaq qətlə yetirmək idi. Həmin dövrdə Türkiyə və Azərbaycanın dövlət xadimləri, ziyalıları “Daşnaksütyun” partiyasının “Nemezis” terror hərəkatının hədəfinə çevrilmişdilər. Belə ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli, Parlamentinin sədri Həsən bəy Ağayev Tiflis şəhərində ermənilər tərəfindən qətlə yetirilmişlər. Həmin ildə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər naziri Fətəli xan Xoyski Tiflis şəhərində erməni terrorçuları tərəfindən qətlə yetirilmişdir.

Hazırda nasizmin qəhrəmanlaşdırılması bir sıra ölkələrdə, o cümlədən Ermənistanda son illərdə daha da açıq şəkildə dövlət səviyyəsində etiraf edilir. Ermənistan KİV-ləri tərəfindən aparılmış araşdırma nəticəsində məlum olub ki, bu ölkənin baş naziri Nikol Paşinyanın babası Böyük Vətən müharibəsi zamanı SS sıralarında xidmət edib. Bundan dərhal sonra Ermənistan Müdafiə Nazirliyinin saytında belə bir məlumat yer alıb ki, guya müharibədə Yenakavan kəndindən Nikol Paşinyan ad-soyadlı iki adam iştirak edib. Ermənistan KİV-ləri yazırlar ki, guya onlardan biri SS sıralarında, digəri SSRİ ordusunda xidmət edib, baş nazirin babası nasistlərin tərəfdarı olmayıb.

Qeyd etmək lazımdır ki, Ermənistan dövlətinin və erməni diasporunun maliyyə, eləcə də təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı həyata keçirdikləri terror aktları 1980-ci illərin ikinci yarısından başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədilə Ermənistanın xüsusi xidmət orqanları hətta hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.

Son illərdə Ermənistanın mərkəzində və digər bölgələrində faşist Almaniyasının SS birləşmələrinin generalları - “Njde” ləqəbli Qaregin Ter-Arutyunyan və “Dro” ləqəbli Drasmat Kanayanın heykəllərinin qoyulması da faşizmə olan rəğbətin bariz nümunəsidir. 2016-cı il mayın 28-də Ermənistan rəhbərliyinin bilavasitə iştirakı ilə şəhərin mərkəzində nasist Njdenin heykəli açıldı. Bununla yanaşı, Ermənilərin faşizm təbliğatı təkcə Ermənistanla məhdudlaşmır. Rusiyadakı erməni icması hər il Njdenin Vladimirdəki qəbrini nümayişkaranə şəkildə ziyarət edir, erməni faşisti yad edirlər. Hətta, 2013-cü ildə Ermənistanda çəkilmiş “Qaregin Njde” filmi Rusiyada da nümayiş etdirilmişdir. Ancaq bu “qəhrəman”ların alman nasistləri ilə sıx əlaqələri haqqında danılmaz faktlar xarici ölkələrin arxivlərində, həmçinin Rusiyanın özündə də kifayət qədərdir.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, 1918-1920-ci illərdə Azərbaycanın tarixi torpaqları olan Naxçıvan, Zəngəzur və Qarabağda Njde və digər erməni terrorçuları azərbaycanlı əhalini kütləvi şəkildə qırmaqla məşğul olmuşlar. Daha sonra isə İkinci Dünya müharibəsində almanların işğal etdikləri torpaqlarda milliyyətindən asılı olmayaraq əsirlərə qarşı amansız qəddarlıqları ilə fərqlənən, Üçüncü Reyxə xidmətləri ilə fəxr etdiklərini bildirən həmin generallara abidə ucaltmaqla Ermənistan hakimiyyəti anti-semitizm ideologiyasını həyata keçirərək, bu gün də irqçi neonasist ideologiyanı davam etdirir.

Azərbaycan Prezidenti 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Dağlıq Qarabağın və Azərbaycanın digər 7 rayonunun 25 ildən çoxdur erməni işğalı altında olduğunu diqqətə çatdıraraq Ermənistanın əsassız ərazi iddialarını tarixi faktlara əsaslanaraq ifşa etdi. Bunun ardınca, oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini diqqətə çatdıraraq bir daha dünyaya bəyan etdi.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında, eləcə də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən və tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirməyən bəzi fikirlərə və əsassız iddialara tam aydın və konkret şəkildə cavab verdi. Bununla da dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasəti və faşist ideologiyası yürütdüyünü bir daha bəyan edərək Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını dünya birliyinin diqqətinə çatdırdı.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə sonuncu müsahibəsində bir daha xatırlatdı: “...Bu məsələni qaldırmaqla MDB üzrə həmkarlarımın diqqətini ona cəlb etmək istəyirdim ki, biz, ilk növbədə, özümüzdə, öz təşkilatımızda hər şeyi öz adı ilə adlandırmalıyıq, burada siyasi korrektlik, selektivlik prinsipini və ya kiminsə xətrinə dəyməmək istəyini rəhbər tutmamalıyıq. Biz həqiqəti deməliyik, əks halda, bu təşkilat formatında diskussiyalar, səmimi desək, mənasını itirər. Buna görə bu məsələni qaldıranda ümid edirdim ki, Ermənistanın yeni, özünü demokratik kimi göstərməyə çalışan rəhbərliyi mənim təşəbbüsümü dəstəkləyəcək. Lakin təəssüf ki, bunun əksini gördüm. Gördüm ki, Ermənistan nümayəndə heyətinin rəhbəri, baş nazir bu canini müdafiə etməyə başladı, dedi ki, nə olsun o, həbs düşərgələrində olub, Soljenitsın da həbs düşərgələrində olub. Bilirsiniz, bu yerdə protokol qaydalarını pozdum, yenidən çıxış üçün söz aldım və dedim ki, Soljenitsını faşistlərin əlaltısı ilə müqayisə etmək həyasızlığın yüksək dərəcəsidir. Ona görə bütün bunlar böyük təəccüb, heyrət doğurur və belə bir fikrə əsas verir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, lakin rejimin mahiyyəti əvvəlki kimi qalır”.

Eyni zamanda, dövlət başçısı bildirdi ki, Rusiya Federasiyasının ərazisində, məsələn Armavir şəhərində də cinayətkar, faşistlərin əlaltısı Njdeyə xatirə lövhəsi vurulub:. “...Yalnız mən bu məsələni dövlət başçılarının Zirvə görüşündə qaldırandan və bu məsələ kütləvi informasiya vasitələrində əksini tapandan sonra həmin lövhə götürülüb. Haqlı olaraq sual yaranır: Ermənistanda Böyük Vətən müharibəsi qəhrəmanları olmayıbmı? Bəs Armavirdə erməni kilsəsinin yaxınlığında nə üçün onlara yox, faşist caniyə xatirə lövhəsi vurulub? Bunu necə başa düşməli? Ona görə bu məsələlər geniş müzakirə edilməlidir...Ermənistanda bir tərəfdən deyirlər ki, onlar Qələbənin yubileyini bayram edəcəklər, amma digər tərəfdən faşistin abidəsi önünə gül qoyurlar. Bu, ən azı ziddiyyət, əslində isə riyakarlıq təzahürüdür”.

Bununla yanaşı, Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalının may buraxılışında Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsində vurğulayıb ki, Azərbaycan Böyük Vətən müharibəsi haqqında həqiqətin təhrif edilməsi, tarixin yenidən yazılması, faşizmin və faşistlərin qəhrəmanlaşdırılması cəhdlərinə qarşı qətiyyətlə mübarizə apar və bizim mövqelərimiz həm tarixi həqiqətə, ədalətə, həm də buna əsaslanır ki, gələcək nəsillər kimin təcavüzkar və kimin təcavüz qurbanı olmasına, kimin qalib gəlməsinə və bu Qələbənin nəyin bahasına qazanılmasına heç vaxt şübhə etməsinlər. Prezidenti İlham Əliyev diqqətə çatdırdı ki, hazırda nasizmin qəhrəmanlaşdırılması bir sıra ölkələrdə, o cümlədən Ermənistanda daha da açıq şəkildə dövlət səviyyəsində etiraf edilir.

Eyni zamanda, dövlət başçısı 2019-cu ildə Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışını bir daha xatırladaraq Ermənistanda da faşizmin qəhrəmanlaşdırılmasını təəssüflə qeyd etdi ki, MDB məkanında, o cümlədən Ermənistanın əvvəlki hakimiyyəti Yerevanın mərkəzində faşist cəllad və satqın, alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. Bu səbəbdən MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə qəti etirazını bildirib. Dövlət başçısı bildirdi ki, 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlaşdırılması, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Məruzədə deyilir: “Ermənistanın keçmiş hakim Respublika Partiyası üçüncü Reyx ilə əməkdaşlıq etməsi barədə məlumat olan millətçi təmayüllü Qaregin Njde kimi heç də birmənalı olmayan siyasi xadimin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Azərbaycan Prezidenti bildirib ki, bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir. Prezident İlham Əliyev tutarlı faktlara əsaslanaraq təcavüzkar Ermənistanın faşist ideologiyasını ifşa edərək bildirdi ki, Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun sədrliyi ilə Rusiya Federasiyası Müdafiə Nazirliyinin baş redaksiya komissiyası tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” nəşrinin 6-cı cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyat fəaliyyəti” sərlövhəli məqalədə deyilir: “Dromedar” abverqrup-114 haqqında agentura işi çərçivəsində əks-kəşfiyyatçılar daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı tapıb və həbs ediblər. O, Böyük Vətən müharibəsi dövründə Bolqarıstan ərazisində erməni millətindən olan 30-dan çox agenti cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə çatdırılmasında iştirak edib. SMERŞ əməkdaşları 17 təxribatçını tutub, qalanlar barəsində axtarış elan ediblər”. Njde Avropanın yəhudi əhalisinə qarşı Holokostda da iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya üçün həlak olan Ermənistan üçün həlak olur”. Dövlət başçısı qeyd edib ki, burada şərhə ehtiyac yoxdur, nəticədə Njde həbs edildi və ömrünü Vladimir həbsxanasında başa vurdu. Azərbaycan Prezidenti İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini diqqətə çatdıraraq bir daha həm Rusiya ictimaiyyətinə, həm də dünyaya bəyan etdi: 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada az qala 6 metr hündürlüyündə abidə qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli sökmədi. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yol verilməməlidir.

Dövlət başçısı Dağlıq Qarabağın və Azərbaycanın digər 7 rayonunun 25 ildən çoxdur erməni işğalı altında olduğunu diqqətə çatdıraraq bildirib ki, Ermənistanın Azərbaycana qarşı 25 ildən çox davam edən təcavüzü ölkəmizin ərazisinin təqribən 20 faizinin işğal edilməsinə gətirib çıxarıb, nəticədə 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmçinin Prezidenti İlham Əliyev Ermənistanın əsassız ərazi iddialarını tarixi faktlara əsaslanaraq ifşa edərək diqqətə çatdırır ki, həm tarixi ədalət, həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və “Qarabağ” adının özü Azərbaycan sözüdür: “Tarixdən məlumdur ki, 1805-ci ildə Qarabağ xanı İbrahim xan tərəfindən Rusiya ordusunun generalı Sisiyanovla imzalanmış sazişə görə Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeliyinə keçib. Həmin sənəddə Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri əsasında Azərbaycanın qalan əraziləri də Rusiya imperiyasının tərkibinə keçib. Həmin dövrdə erməniləri İrandan və Şərqi Anadoludan Azərbaycanın Qarabağ regionuna köçürməyə başlayıblar. Beləliklə, yüz minlərlə erməni köçkün tarixi Azərbaycan torpağına gəlib çıxıb”.

Bununla yanaşı, Prezident İlham Əliyev bildirib ki, sonradan, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda onun ilk fərmanlarından biri İrəvanın Azərbaycanın tərkibindən Ermənistanın tərkibinə verilməsi və Ermənistanın paytaxtı elan edilməsi haqqında fərman olub və bu da tarixi faktdır. Eləcə də, 1921-ci ildə bolşeviklər partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması haqqında qərar qəbul edib: “Bəzi erməni tarixçilərinin yazdığı kimi, Azərbaycana verilməsi haqqında yox, məhz saxlanması haqqında. Bu da tarixi faktdır. Daha bir tarixi fakt ondan ibarətdir ki, 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında fərman verib”.

Həmçinin dövlət başçısı vurğulayıb ki, Azərbaycan Respublikası BMT-yə daxil olanda da, o, özünün tam ərazi bütövlüyü çərçivəsində üzv olub. Bu baxımdan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır. Prezidenti İlham Əliyev bildirib ki, Ermənistan qoşunları işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmalı, bu torpaqlardan qovulmuş qaçqınlar və məcburi köçkünlər öz tarixi yurdlarına qaytarılmalıdır. İşğal edilən təkcə Dağlıq Qarabağ deyil. Ona bitişik 7 rayon da işğal olunub. Həmin 7 rayonda heç vaxt ermənilər yaşamayıblar. Bu baxımdan, beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini bu təcavüzkar ölkəyə ciddi təzyiq göstərməyə çağırırıq ki, sülhyaratma prosesi yerində saymasın.

2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Ermənistan baş nazirinin sərsəm çıxışları, eyni zamanda, qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə əlaqədar ictimaiyyətə yanlış formada çatdırılması bu məqsədə xidmət etməklə yanaşı, beynəlxalq hüququn norma və prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir.

Bununla yanaşı, Azərbaycan Prezidenti Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Ermənistanın əsassız iddialarına tutarlı faktlarla cavab verdi, bir sözlə, Ermənistan rəhbərliyinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.

Ümumiyyətlə, dünya birliyi Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, çünki cinayətkar cəzasız qalanda bu addımları davam etdirməsinə imkan yaranır və onu şirnikləndirərək daha böyük cinayətlər törətməsinə rəvac verir. Ona görə də Ermənistan rəhbərliyinin nasizmin qəhrəmanlaşdırılması, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib