SİYASƏT


Elçin Əmirbəyov: Beynəlxalq ictimaiyyətin Ermənistanın müharibə cinayətlərinə qarşı kifayət qədər reaksiyasının olmaması təəssüf doğurur VİDEO

Bakı, 14 oktyabr, AZƏRTAC

Təəssüf ki, beynəlxalq ictimaiyyətin Ermənistanın törətdiyi müharibə cinayətlərinə qarşı kifayət qədər reaksiyası yoxdur. Siz Gəncədə Ermənistanın beynəlxalq müharibə cinayəti törətdiyinin şahidi oldunuz.

AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə söyləyib.

Elçin Əmirbəyov deyib ki, Azərbaycan öz əhalisinin təhlükəsizliyini təmin etmək üçün lazımi qabaqlayıcı addımlar atmağa hazırdır. Ermənistan atəşkəs rejiminə əməl etməli, işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalıdır. Yalnız bu halda münaqişə sülh yolu ilə öz həllini tapacaq. Sülh yolu ilə də olmasa, Azərbaycan hərbi yolla öz ərazisini işğaldan azad edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.