Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Elçin Babayev: elm, təhsil və innovasiya gənclik üçün gələcəyə açılan geniş qapılardır

Elçin Babayev: elm, təhsil və innovasiya gənclik üçün gələcəyə açılan geniş qapılardır

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycanda son illər elmin inkişafına, yeni texnologiyaların, kosmik sənayenin inkişafına böyük diqqət yetirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, intellektual inkişafın təkanverici amili olan həmin sahələr xüsusən gənclərlə bağlıdır. Yəni burada təhsil və bilik ön plandadır. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu qarşıda duran bu ümdə vəzifələrin reallaşdırılması, gənc alimlərin müasir dövrün çağırışlarına cavab verən tədqiqatlarının stimullaşdırılması istiqamətində mütəmadi iş aparır. AZƏRTAC Fondun icraçı direktoru Elçin Babayevin bununla bağlı qeydlərini təqdim edir.

Elm, təhsil və innovasiyalar - bilik, savad, müasirlik gənclik üçün gələcəyə açılan geniş qapılar və müstəqilliyin zəmanəti deməkdir. Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın yeni və mürəkkəb mərhələsində ölkənin intellektual gələcəyini təmin etməyin yolunu məhz bu sahələrin inkişafında, onların müasir tələblər səviyyəsinə çatdırılmasında və həmin proseslərdə gənclərin böyük potensialından rasional istifadədə görür. Azərbaycanın innovasiyalı inkişaf strategiyası qlobal rəqabət şəraitində ölkənin elmi potensialının davamlı şəkildə yüksəldilməsini, gənc, yaradıcı, yüksək intellektual səviyyəli insanların istedadından maksimum şəkildə istifadə olunmasını zəruri edir.

Təsadüfi deyil ki, Azərbaycan gəncləri daim dövlətin diqqət mərkəzindədir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi və elmi-mədəni inkişafı ilə sıx əlaqədədir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla, yeni çalarlarla davam etdirilir.

Dövlətin gənclər siyasəti - yeni nəslin öz bilik və bacarıqlarının, potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını, cəmiyyətə xidmətini təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən kompleks tədbirlər sistemidir. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bu istiqamətdə qarşıya çıxan problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, həmçinin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək dövlətin bu gün qarşıya qoyduğu əsas prioritetlər sırasında yer alır.

Gənclərin intellektual yüksəlişinə sərmayə qoyulması, onların fərdi keyfiyyət və qabiliyyətlərinin inkişafı, nanotexnologiyaları və digər müasir texnologiyaları dərindən mənimsəmiş yeni alimlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amil kimi müəyyənləşdirilməsi hazırda ölkədə elmin inkişafı üzrə strategiyanın qarşısında dayanan əsas vəzifələrdən biridir.

Dövlətimizin başçısı İlham Əliyev də çıxışlarında daim vurğulayır ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elita ölkənin perspektiv inkişafının əsas aparıcı qüvvəsi kimi çıxış edəcək. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ixtisaslı kadrların hazırlanmasına qoyulan investisiyalar insanın formalaşmasına qoyulan investisiya sayılır. Müasir dövrdə bu növ investisiyalar rəqabətdə üstün olmağın həlledici amilidir. Məhz bu hədəfin reallaşdırılması məqsədilə son illərdə gənclərin elmə daha çox cəlb olunmasına, onların xarici ölkələrdə ali təhsil almasına və təcrübə keçməsinə, yəni yüksək ixtisaslı kadr kimi formalaşmasına, sosial problemlərinin həllinə imkan yaradan mühüm dövlət proqramları hazırlanıb, onlarla sərəncam və fərman imzalanıb.

Son illər ölkənin ictimai-siyasi, elmi-mədəni həyatında gənclərin fəal iştirakı, yeni uşaq, tələbə və gənclər təşkilatlarının formalaşması və onların inkişafı üçün hər cür şəraitin yaradılması, gənclərin sosial problemlərinin həlli, beynəlxalq əməkdaşlıq sahəsində layihələrinin həyata keçirilməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulması, Azərbaycanda bununla bağlı mötəbər tədbirlərin, forumların keçirilməsi, daşıyıcısı gənclər olan mədəniyyətlərarası dialoqun təşkili istiqamətində qətiyyətli addımlar atılıb, mühüm qərarlar qəbul edilib. Həmçinin Gənclər Fondu yaradılıb, Prezident mükafatı təsis edilib.

Bütün bunlarla yanaşı, ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı, elmi, intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır.

Bu mənada, Prezident İlham Əliyevin müxtəlif sahələrdə uğurlar qazanmış gənclər, könüllülər, sahibkarlar, gənc alimlər, tələbələr və müxtəlif gənclər təşkilatlarının nümayəndələri ilə keçirdiyi mütəmadi görüşlər, qəbullar xüsusi əhəmiyyət kəsb edir. Bu görüşlər zamanı dövlətimizin başçısı gənclərin arzu və istəklərini dinləyir, ideyaları ilə tanış olur, lazımi tapşırıqlar verir, tövsiyələrini çatdırır. 2016-cı il yanvarın 29-da Prezident İlham Əliyevin Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə keçirdiyi səmimi görüş, gəncliklə bağlı proqram xarakterli çıxışı böyük maraq və rezonans doğurub. Prezident müasir dövrdə təhsilin və elmin ölkənin inkişafında həlledici rolunu diqqətə çatdıraraq deyib: “...Elmin, təhsilin inkişafı, infrastruktur layihələrinin icrası - bütün bunlar ölkəmizi gücləndirir... Əlbəttə, mən çox istərdim ki, Azərbaycanda alimlər ixtiralar ortaya qoysunlar, dünya elminə töhfələr versinlər. Əminəm ki, bu, olacaq. Amma indiki dövrdə biz Azərbaycana qabaqcıl texnologiyaları gətirməliyik və kadr potensialı da hazırlanmalıdır ki, gələcəkdə texnoloji tərəqqidən kənarda qalmayaq. Bundan sonrakı dövrdə həm siyasi müstəvidə, həm də iqtisadi və hərbi sahələrdə texnologiyalar, bilik, savad hər şeyi həll edəcək. Bu gün artıq hərbi sahədə yeni texnologiyalar hər şeyi dəyişir. O qədər də böyük orduya malik olmayan ölkələr bəlkə də hərbi cəhətdən ən güclü ölkələrə çevrilir. Ona görə biz bu sahəni daim diqqət mərkəzində saxlamalıyıq. Ona görə Azərbaycanda elmin inkişafına, yeni texnologiyaların, İKT-nin, kosmik sənayenin inkişafına böyük diqqət verilir. Təkcə ona görə yox ki, biz bu sahəni yaradaq və onunla öyünək. Ona görə ki, bu, intellektual inkişafa təkan verir. Xüsusilə bu, gənclərə aiddir. Burada təhsil, bilik ön plandadır…”.

Prezident İlham Əliyev tərəfindən 2009-cu ildə yaradılmış Elmin İnkişafı Fondu dövlət əhəmiyyətli elmi layihələrin və digər tədbirlərin həyata keçirilməsini dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlər, fiziki şəxslər və yaradıcı elmi kollektivlərin, akademiya və təhsil sistemlərində fəaliyyət göstərən və digər dövlət və qeyri-hökumət təşkilatlarında elmi fəaliyyətlə məşğul olan elmi qurumların fəaliyyətini stimullaşdırmaq, onlara əlavə yaradıcılıq imkanları yaratmaq kimi vəzifələri yerinə yetirərkən məhz bu inkişaf strategiyasını rəhbər tutur, prioritetlərin reallaşdırılması üçün səylər göstərir.

Elmin İnkişafı Fondu fəaliyyətə başladığı ilk gündən etibarən qrant müsabiqələri yolu ilə ölkədə elmin inkişafını çevik şəkildə dəstəkləmək, Azərbaycanda əldə olunan elmi nəticələri ölkə hüdudlarından kənarda tanıtmaq, elmi təşkilat və qurumlarda elmi tədqiqatlarla bağlı maddi-texniki cihaz və avadanlıq bazasını ən müasir səviyyədə yeniləmək və ya gücləndirmək, eyni zamanda, gənc kadr hazırlığına xüsusi diqqət yetirmək, müxtəlif elmi tədbirləri təşkil edərək keçirmək, alimlərin xaricdə keçirilən elmi tədbirlərdə, qüsamüddətli təcrübə artırmada iştirakını təmin etmək, elmi nəşrləri dəstəkləmək və başqa bu kimi məsələlərin həllini bir məqsəd kimi müəyyənləşdirib. Bu zaman Fond ölkədə elmin inkişafına əlavə və effektiv stimul, çeviklik, yeni yanaşma gətirən bir qurum kimi akademik və təhsil sistemlərində və digər qurumlarda çalışan gənc alimlərin bir araya gəlməsinə, əməkdaşlıq etməsinə xüsusi şərait yaradır.

Prezident İlham Əliyev 2012-ci il yanvarın16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı giriş nitqində Fondun işini müsbət qiymətləndirərək deyib: “... Qeyd etməliyəm ki, hazırda fəaliyyət göstərən Elmin İnkişafı Fondunun təcrübəsi də çox müsbətdir. Yəni, bu fondun xətti ilə müxtəlif proqramların icrasında, o cümlədən gənclər, gənc alimlər də çox fəal iştirak edirlər. Gənclər Fondu da fəaliyyətini bu səpkidə, yəni, bu istiqamətdə aparmalıdır....”.

Dövlətimizin başçısının 2015-ci il noyabrın 9-da AMEA-nın 70 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışından da bir sitat gətirmək yerinə düşər: “... Biz çox istəyirik ki, elmi inkişaf üçün daha da gözəl şərait yaradılsın. Bununla bərabər, elmin inkişafı üzrə milli strategiya və dövlət proqramı artıq beş-altı ildir ki, qəbul edilib və icra olunur. Hesab edirəm ki, Elmin İnkişafı Fondunun yaradılması da bu istiqamətdə atılan çox önəmli addımdır. Çünki bu Fond imkan yaradır ki, həm gənc alimlərə qrantlar verilsin, həm də elmi araşdırmalar aparılsın. Ümumiyyətlə, bu, əlbəttə, elmin inkişafına müsbət təsir göstərir...”

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu Proqramın həyata keçirilməsi üzrə Tədbirlər planının 6.3.2 bəndinə əsasən, Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislər üçün müntəzəm olaraq qrant müsabiqələri keçirib və bu ənənə gələcəkdə də davam etdiriləcək. Ölkənin gənc alimləri qrant müsabiqələrində iştirakla yanaşı, Fondun digər müsabiqələrində də yaşlı və təcrübəli həmkarları ilə birlikdə - layihə üzrə yaradıcı kollektivlərin tərkibində elmi-tədqiqat işlərinin yerinə yetirilməsində xüsusi fəallıq göstərirlər. Xaricdə elmi tədbirlərdə və təcrübəkeçmədə iştirakı – kadr hazırlığını nəzərdə tutan “Mobillik qrantı” müsabiqələrinin qalibləri sırasında gənclərin xüsusi çəkisi də böyükdür. Fondun qrant layihələri çərçivəsində gənc alimlərə əlavə stimullaşdırıcı əməkhaqqı verilir, xaric ölkələrdəki tanınmış elmi qurumlara ezamiyyətlər (elmi müzakirələr, analizlər aparmaq, elmi cihazla işləməyi öyrənmək və s. məqsədlərlə) təşkil edilir, elmi tədqiqatlar üçün cihaz, avadanlıq, məmulatlar, İKT avadanlığı alınır, gənc alimlərin beynəlxalq konfransları təşkil edilir.

Xatırlatmaq istərdim ki, 2011-ci il noyabrın 10-da - Ümumdünya Elm Günündə Fond tərəfindən ölkə tarixində ilk dəfə olaraq gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsi (35 yaşadək olan alim və mütəxəssislərin iştirakı ilə) elan edilmişdi. Müsabiqədən əvvəl bir qrup gənc alim və mütəxəssislə Elmin İnkişafı Fondunun icraçı direksiyasında keçirilmiş görüş və müzakirələrin nəticələri müsabiqənin elmi prioritetlərinin təyinində və müsabiqə şərtlərinin müəyyənləşdirilməsində həlledici rol oynamışdı.

Gənc alim və mütəxəssislərin ilk qrant müsabiqəsi çərçivəsində ümumi maliyyələşdirilmə həcmi 496 min manat olmaqla 25 layihə qalib gəlmişdi. Növbəti 2-ci müsabiqə 2013-cü il fevralın 2-də - Gənclər Günündə elan edilmiş, bu müsabiqə çərçivəsində qalib gəlmiş 24 layihənin yerinə yetirilməsi üçün 494 min manat məbləğində vəsait ayrılması qərara alınmışdı. Nəhayət, nəticələri 2015-ci ilin oktyabrda açıqlanmış 3-cü müsabiqədə isə ümumi maliyyələşdirilmə həcmi 480 min manat olmaqla, 23 layihə qalib gəlib.

Bu layihələr üzrə ən müxtəlif qurumlardan gənc alim və mütəxəssislər müvəqqəti yaradıcı kollektivlər şəklində elmi tədqiqatlarla məşğul olub və bir sıra elmi proqramları reallaşdırıblar. Üçüncü müsabiqə üzrə layihələr davam edir. Gənc alimlərin aldıqları elmi nəticələr nüfuzlu elmi jurnallarda dərc olunur, beynəlxalq konfrans və simpoziumlarda məruzə edilir. Gənclər son zamanlar multidissiplinar tədqiqatlara da xüsusi maraq göstərirlər.

Müsabiqədə qalib gələn layihə rəhbərləri və icraçıları müxtəlif dövlət qurumlarını, ali təhsil müəssisələrini, qeyri-hökumət təşkilatlarını, özəl qurumları təmsil edirlər. Fizika–riyaziyyat və texnika elmləri, Yer haqqında elmlər, biologiya, tibb və aqrar elmləri, kimya elmləri, humanitar və ictimai elmlər üzrə qalib layihələr sırasında fundamental-tətbiqi, axtarış-innovasiya, maddi-texniki təminat, ekspedisiya və çöl işləri, Azərbaycanda elmi tədbirin təşkili və keçirilməsi və xaricdə qısamüddətli təcrübəkeçmə xarakterli layihələr olub. Birinci müsabiqə üzrə layihə rəhbərləri və icraçıları arasında gender bərabərliyi müşahidə edilsə də (1-ci müsabiqədə “kişi/qadın” sayı 37/35), sonuncu iki müsabiqədə üstünlük qadınların tərəfinə keçib (18/43 və 19/30).

Layihələr Bakı şəhəri ilə yanaşı, Naxçıvan və Gəncə şəhərlərində də icra olunur. Sevindirici haldır ki, Fondun qrantlarından bəhrələnən gənc alimlər sırasında Prezident mükafatçısı, Gənclər və İdman Nazirliyinin, AMEA-nın yüksək təltiflərini almış şəxslər də var. Maraqlıdır ki, gənc alim və mütəxəssislərin qrant müsabiqəsində “uğur dərəcəsi” (daxil olan və qalib olan layihələrin nisbəti) yüksəlir, bir qayda olaraq 30-50 faiz arasında dəyişir. Ənənəvi müsabiqələr üçün bu rəqəm daha aşağı olur.

Prezident İlham Əliyevin Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə keçirilmiş görüşündə “startup” layihələri, texnologiyaların transferi kimi məsələlər qaldırılıb. Elmin İnkişafı Fondunun bu sahədə də müəyyən təcrübəsi formalaşıb. Dövlətimizin başçısının 2013-cü il 28 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 29-cu bəndinə əsasən, “İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi” məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 3 qrant müsabiqəsi keçirib, 2-ci İKT müsabiqəsi üzrə gənclərin də iştirak etdiyi bir sıra “startup” layihələrini dəstəkləyib.

Fondun maliyyələşdirdiyi “Elmi-tədqiqat işlərinin kommersiyalaşdırılmasının səmərəliliyinin artırılması məqsədi ilə innovativ texnologiyaların işlənilməsi və tətbiqi” adlı beynəlxalq layihə çərçivəsində ukraynalı mütəxəssislərlə birlikdə Azərbaycan Texniki Universitetində və hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində texnologiyaların transferi, biznes inkubatorları, innovasiyalar və elmi nəticələrin kommersiyalaşdırılması üzrə Ukrayna, İsrail və digər ölkələrdən olan beynəlxalq statuslu trenerlərin köməyi ilə keçirilən xüsusi kurslarda kifayət qədər gənc iştirak edib, sertifikat alıb.

Qeyd etmək lazımdır ki, Elmin İnkişafı Fondunun icraçı direksiyası gənc qrant iddiaçılarına kömək məqsədilə məsləhət seminarları da təşkil edir. Müsabiqəyə daxil olmuş layihələrin ideyalarının obyektiv formada orijinal ifadəsi (elektron və kağız daşıyıcılarda) və layihələrin əqli nəticələrinin müəlliflik hüququ qorunmaq məqsədilə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilir. Layihələrin texniki və elmi ekspertizası işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər, həmçinin xarici ekspertlər cəlb olunur.

Digər tərəfdən, istedadlı gənc alimlər özləri müstəqil elmi ekspertlər qismində (əməkhaqqı ödənilməklə) Fondun elmi ekspertiza fəaliyyətinə cəlb olunurlar. Bu da onlar üçün əlavə maddi və mənəvi stimuldur.

Fond gənc alimlərin qrantlar yolu ilə dəstəklənməsi prosesində AMEA və Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq edir.

Tədbirlər planının 6.3.1 bəndinə əsasən, Elmin İnkişafı Fondu tərəfindən Azərbaycanda çalışan ən fəal gənc alim və mütəxəssislər haqqında elektron məlumat bankı yaradılıb. Bu məlumat bankında gənc alim və mütəxəssislər haqqında zəruri bioqrafik informasiya ilə yanaşı, onların elmi fəaliyyət və fəallıq dərəcəsini əks etdirən məlumatlar da öz əksini tapır. Avropa standartlarına uyğun məlumat bankından qanunvericilik çərçivəsində həm ölkə daxilində, həm də xaricdə istifadə oluna bilər. Elektron məlumat bankı daim zənginləşdirilir, dəqiqləşdirmələr aparılır. Hazırda xaricdə fəaliyyət göstərən gənc azərbaycanlı alimlər haqqında da müvafiq məlumat bankının yaradılması işinə başlanılıb.

Yaxın zamanlarda yaradılacaq xüsusi elektron idarəetmə proqramı (e-Qrant - Qrant Layihələrinin Elektron İdarəolunması Sistemi) imkan verəcək ki, müsabiqə müddətində qrant iddiaçıları ilə Fondun icraçı direksiyası arasında təmaslar yalnız internet vasitəsilə baş tutsun və müsabiqədə iştirak müasir İKT sistemlərindən istifadə olunmaqla həllini tapsın. Bu, həmçinin məsuliyyəti və operativliyi də artırar. Hesab edirik ki, bu yenilik gənc alimlərin xüsusi marağına səbəb olacaq və gənclərin təklifləri sistemi daha da təkmilləşdirməyə imkan verəcək.

Son illərdə dövlət səviyyəsində görülən işlər deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycan elm sahəsində daha böyük nailiyyətlərə imza atılacaq. Gənclərə gəldikdə isə, bu gün əkilən cavan ağac öz bəhrəsini tezliklə verəcək. Hər bir alim, mütəxəssis, elm və təhsil təşkilatçısı, ümumiyyətlə, ziyalılar elm və təhsil qarşısında duran, xalqın gələcək taleyini müəyyənləşdirən bu məsələlərə biganə qalmamalı, bütün potensialını elmin və təhsilin inkişafına sərf etməlidirlər. Prezident İlham Əliyevin dediyi kimi, “... Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır. Onların dünyagörüşü, mövqeyi, hərəkətləri, fəaliyyəti Azərbaycanın inkişaf dinamikasını, inkişaf perspektivlərini xeyli dərəcədə müəyyən edir”.

Ölkəmizdə elm və təhsilin sürətli inkişaf tempi imkan verəcək ki, tez bir zamanda Azərbaycan ixtira olunan elmi nailiyyətlərin istifadəçisi yox, müəllifinə çevrilsin. Bu məsələdə isə gənc alimlərin potensialı kimi, məsuliyyəti də böyükdür. Azərbaycan alimlərinin elmi-tədqiqat layihələrinin uğurla həyata keçirilməsi, elm sahəsində dünya miqyaslı və rəqabət apara biləcək elmi nəticələrin alınmasının reallaşdırılması və bu nəticələrin tezliklə iqtisadiyyatda, həyatda öz tətbiqini tapmasına yüksək səviyyədə xidmət yolunda gənc alimlərə uğurlar diləyirik.

Elçin Babayev

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Anqolada Azərbaycan musiqisinin dünyada təbliği ilə bağlı xeyriyyə layihəsi təşkil olunub

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Arşın mal alan” əsəri nümayiş olunub

BDU-nun Biologiya fakültəsində şəhidlərin xatirəsi anılıb

Həsrət Cəfərov: Olimpiya Oyunlarına ən yaxşı şəkildə hazırlaşacağıq

Orxan Məmmədov: Kənd təsərrüfatı və qida sənayesi KOB subyektlərinin daha çox fəaliyyət göstərən sektorlarındandır

DQİDK sədri Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyinə qiymətli kitablar hədiyyə edib

Sabir Qocayev: 30-a yaxın SMA-lı uşağa əlillik təyinatı aparılıb

Politoloq: Naxçıvanda imzalanan sənədlər olduqca mühüm tarixi əhəmiyyətə malikdir

Azərbaycanın istedadlı basketbolçusu ABŞ-a gedir

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Fransa Prezidentinin erməni sevgisi - ŞƏRH

Azərbaycan əhalisinin 65,4 faizi Zəngəzur dəhlizinin reallaşacağına tam inanır - SORĞU

Azərbaycanın idman gimnastları dünya çempionatına yollanıblar

Belqradda keçirilən dünya çempionatında uğurla çıxış edən MİK təmsilçiləri Vətənə qayıdıblar

Üçtərəfli Bəyanatdan sonra baş vermiş 188 mina partlayışından 136-sı keçmiş təmas xəttindən kənarda olub

Xankəndiyə daha 64 ton yanacaq göndərilib VİDEO

“Zirə” inamla irəliləyir, “Qarabağ” iddiasını ortaya qoyur - ŞƏRH

® “Kapital Bank”da neftçilərə özəl kampaniyanın bitməsinə az qaldı

Vüqar Zeynalov: Azərbaycanda fərdi sahibkarların 22 faizini qadınlar təşkil edir

2020-ci ilin noyabrından bu ilin sentyabrına qədər 95 min hektardan çox ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib

“Yeni klinika”ya sümük sıxlığını ölçmək üçün cihaz gətirilib

Nazirlər Kabineti gələn ilin büdcə layihəsini bəyənib

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz olacaq

Saz və aşıq obrazına həsr olunmuş ilk antoloji nəşr işi - “Aşıq, bağrına bas sədəfli sazı”

Rəşad Mahmudov: Gələn ilin büdcəsində SMA ilə mübarizəyə maliyyə ayrılmasına nail olmağı hədəfləyirik

ADNSU-nun şəhid məzunları haqqında sənədli film nümayiş olunub

İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsi bütün region dövlətlərinin inkişafına töhfə verəcək – ŞƏRH

Fərid Qayıbov: Gənclərin potensialından düzgün istifadə edilməsi mühüm amillərdəndir

Fransa Ali Məhkəməsi müsəlman qadınların hüquqlarını pozan qanunu təsdiqləyib

Türk nazir: Bakıdakı Forum Türk dövlətləri arasında əməkdaşlığı genişləndirən mühüm bir platformadır

Zabratda müəssisədə üzərinə isti su tökülən şəxslərdən biri ölüb

Adil Əliyev: Ölkəmiz haqqında düzgün ictimai rəyin formalaşmasında diaspor gənclərinin üzərinə böyük məsuliyyət düşür

Tariximizin silinməz yaddaşı - Anım Günü

Ekspert: Qohum nikahları spinal muskular atrofiya üçün ən böyük risk amilidir

Meksikanın Azərbaycandakı səfiri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

“Neftçi” klubunun yeni strukturu təsdiqlənib

UNEC-lə “AzRe Təkrarsığorta” ASC arasında müqavilə imzalanıb

Hicran Hüseynova: Azərbaycan gender bərabərliyi üzrə müxtəlif beynəlxalq sənədləri ratifikasiya edib

“İdman.biz” saytının təqdimat mərasimi keçirilib

Samux rayon ərazisində 12000 hektardan artıq taxıl səpilib

Nağdsız ödənişlərin 3,596 milyon manatı elektron ticarətin payına düşür

Türk dünyasının ədəbiyyat müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Reinteqrasiya...

Nəsimi rayonun küçə və məhəllələrində abadlıq-quruculuq işləri aparılır

Şamaxıda Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Nazir müavini: Rəqabət Məcəlləsinin qəbulu ilə iqtisadiyyatın inkişafında özəl sektorun rolu artacaq

ABŞ Ukraynaya əlavə hərbi yardım paketi ayırmaq niyyətindədir

Erkin Rəhimov: Çox istərdik ki, Azərbaycanda SMA-nın müəyyənləşdirilməsi də topuq testinə daxil edilsin

ADU-da “Payızın ortası” Çin bayramı qeyd olunub

Azərbaycan-Türkiyə münasibətləri regionda sülh və təhlükəsizliyə təminat verən güc mərkəzinə çevrilib - ŞƏRH

Azərbaycan və Türkiyə liderlərinin mətbuata bəyanatları ərəb mediasının diqqət mərkəzində olub

Fuad Muradov: Türk dünyasının diaspor üzrə birgə fəaliyyətinin təmin edilməsi zamanın tələbidir

Ucarda “Heydər Əliyev İli” çərçivəsində elmi seminar keçirilib

Ödəniş kartlarının sayı artıb

Erkin Rəhimov: Azərbaycanda 40-dan çox spinal muskular atrofiyadan əziyyət çəkən uşaq var

ADPU-da 27 Sentyabr - Anım Günü qeyd olunub

Tahir Mirkişili: Azərbaycanda muzdlu işləyənlərin təxminən 50 faizi özəl sektorda çalışır

® “Veysəloğlu Distribusiya” dünya brendlərini ölkəmizin hər nöqtəsində əlçatan edir

Bahar Muradova: Azərbaycan qadınları mühüm dövlət qurumlarında layiqincə təmsil olunur

Səttar Möhbalıyev: Qızların cəmiyyətdə fəallığının artmasına nail olunması AHİK qarşısında duran əsas məsələlərdəndir

Bakı Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumuna ev sahibliyi edir

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Nazir: Azad olunan ərazilərdə kənd təsərrüfatına yararlı 128 min hektar torpaq var

“Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsi yekunlaşıb

Bakıda Beynəlxalq Oğuz Türkcəsi konfransı keçirilir

Xankəndiyə növbəti humanitar yardım karvanı yola salınıb VİDEO

Nazir türk iş adamlarını Ələt İqtisadi Zonasında əməkdaşlığa dəvət edib

Sabirabadda 11 şagird və bir müəllim zəhərlənib

Sambo üzrə Azərbaycan yığmalarının dünya birinciliyi üçün heyəti açıqlanıb

Bakıda Türk Dövlətlərinin II Aqrobiznes Forumu keçirilir

® “OBA” bərabərlik və inklüzivliyi dəstəkləyir

İrəvanın sabiq meri hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə həbs olunub

Bakıda “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans işə başlayıb

BDU və Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Cənubi Koreya-Çin və Yaponiya sammiti yaxın vaxtlarda baş tutacaq

Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçirilir

Metodist hazırlığı təlimlərinə 150-dək müəllim cəlb olunub

Enerji gəlirlərinin artması səbəbindən Azərbaycanın tədiyə balansında müsbət saldo davam edir

Azərbaycan şpaqaçısı beynəlxalq turnirdə altıncı olub

Hande Harmancı: Psixi sağlamlıq kampaniyaları çərçivəsində 5 minə yaxın vətəndaşa xidmət göstərilib

BDU rektoru Özbəkistanda beynəlxalq elmi konfransda plenar məruzə ilə çıxış edib

TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının iştirakçıları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər

Mahir Emreli Xorvatiya çempionatında turun oyunçusu adına namizəd göstərilib

Bakıda ilk elektrik mühərrikli avtobus xəttə buraxılıb

Qubada əlilliyin qiymətləndirilməsi proseduru və əlillərə göstərilən reabilitasiya xidmətləri barədə məlumat verilib

Nazirlik: Azərbaycan dilində 17 min 317 elektron dərslik hazırlanıb

Paytaxt məktəblərinin metodbirləşmə rəhbərləri üçün illik metodik toplantılar keçirilir

FHN: Ötən sutka ərzində üçü azyaşlı olmaqla yeddi nəfər xilas edilib

Ekspert: İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaza artan tələbatının bir mənbədən asılılığını sona çatdıracaq

Göygöl kurqanlarında arxeoloji tədqiqatlar davam etdirilir

Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir

Özbəkistanda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş kitab çap olunub

Millətlər Liqası: Azərbaycan yığması bu gün Monteneqro ilə qarşılaşacaq

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil edilib

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb

Bu gün Bülbülün anım günüdür

Himayədar ailələrə müavinətlər e-sistem üzərindən proaktiv qaydada təyin olunacaq

Beynəlxalq forumun iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər