Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Elçin Mirzəbəyli: Bakıda keçirilən hərbi parad bütövlükdə region üçün son 100 ilin ən böyük tarixi hadisələrindən biridir

Elçin Mirzəbəyli: Bakıda keçirilən hərbi parad bütövlükdə region üçün son 100 ilin ən böyük tarixi hadisələrindən biridir

Bakı, 28 iyun, AZƏRTAC

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı Bakıda keçirilən hərbi parad təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün son 100 ilin ən böyük tarixi hadisələrindən biridir. Bu hadisə hələ uzun illər yaddaşlarda qalacaq, müzakirə olunacaq, elmi, siyasi, tarixi araşdırmaların predmetinə çevriləcək.

Bu fikri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Ekspert qeyd edib ki, bu hərbi paradı bir neçə istiqamətdən dəyərləndirmək olar. Sirr deyil ki, ordu quruculuğu prosesi, Silahlı Qüvvələrin ən müasir silah-sursat və hərbi texnika ilə təmin edilməsi böyük maliyyə vəsaitləri tələb edir. Güclü, sabit və dayanıqlı iqtisadiyyatı olmayan bir dövlət şübhəsiz ki, bu vəzifənin öhdəsindən gələ bilməz. Bu baxımdan, hərbi paradda nümayiş olunan ən müasir hücum və müdafiə sistemləri Azərbaycanın iqtisadi gücünün, potensialının göstəricisi kimi qiymətləndirilməlidir. İqtisadi gücün, maliyyə imkanlarının önəmli olduğunu deyən müsahibimiz bildirib ki, Azərbaycan kimi mürəkkəb coğrafi mövqedə yerləşən, müharibə vəziyyətində olan bir ölkənin müasir hərbi texnikaya yiyələnməsi üçün bu, yetərli deyil. Bu gün dünyada iqtisadi gücü olan ölkələrin sayı az deyil. Lakin bu ölkələr heç də istədikləri, onların müdafiə qabiliyyətini yüksək səviyyəyə çatdıra biləcək hərbi texnikaya, hücum və müdafiə sistemlərinə sahib ola bilmirlər. Azərbaycan Silahlı Qüvvələrinin arsenalında dünyanın müxtəlif ölkələrində istehsal olunan hərbi texnika var. Bu ölkələrin müəyyən bir hissəsinin dünyanın ayrı-ayrı bölgələrində maraqları toqquşur və onlar geosiyasi qarşıdurma vəziyyətindədir. Bu mənzərə aydın olsun deyə Azərbaycanla hərbi sahədə əməkdaşlıq edən ölkələrin siyahısına nəzər salaq: Rusiya, Türkiyə, İsrail, Belarus, Pakistan, İran, ABŞ, Ukrayna... Fərqli geosiyasi qütblərdə dayanan bu ölkələrdən hərbi texnika, hücum və müdafiə sistemləri almaq üçün çox böyük nüfuza, siyasi manevr imkanlarına, etimadlı münasibətlərə sahib olmaq lazımdır. Digər tərəfdən, Azərbaycanın hərbi sahədə əməkdaşlıq etdiyi ölkələrdən ikisi – Rusiya və Belarus torpaqlarımızı işğal altında saxlayan Ermənistanla eyni hərbi-siyasi blokda – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunurlar. Lakin bu amil, eləcə də Ermənistanın cəhdləri Azərbaycanın bu ölkələrdən işğalçını darmadağın edə biləcək hücum və müdafiə sistemləri almasına mane ola bilmir. Bu, düşmən ölkəyə həm də çox ciddi siyasi-psixoloji zərbədir və həm də o deməkdir ki, Azərbaycanın nüfuzu və gücü Ermənistanı heç bir hərbi-siyasi blokda rahat buraxmayacaq.

Hərbi paradın önə çıxardığı daha bir əhəmiyyətli məqamın Azərbaycanın hərbi-sənaye kompleksi, burada istehsal olunan silah-sursat və hərbi texnikanın yüksək keyfiyyət göstəriciləri ilə bağlı olduğunu deyən E.Mirzəbəyli əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə və bu münasibətlə keçirilən hərbi parada həm də dövlətçilik tariximiz, ənənələrimiz müstəvisindən nəzər salmaq doğru olar. Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günədək, xüsusilə də çar Rusiyası zamanında azərbaycanlıları hərbi xidmətdən mümkün qədər uzaq tutmağa çalışırdılar. Burada şübhəsiz ki, ilk növbədə, azərbaycanlıların döyüşkən bir xalq olduğu, tarixən böyük ərazilərə sahiblənən dövlətlər qurduğu nəzərə alınırdı. İmperiyanın mərkəzində bunu yaxşı bilirdilər. Başqa bir amil isə şübhəsiz ki, etimadsızlıqla bağlı idi. Bütün bunlara baxmayaraq, çox azsaylı azərbaycanlı bu maneələri aşa bilir və hərb sənətinin tanrılarına çevrilirdilər. Əgər belə olmasaydı Rusiya imperiyasının hərb sənətindən kənar saxladığı azərbaycanlılardan biri “rus artilleriyasının tanrısı” adlandırılmazdı. Bütün maneələrə, məhdudiyyətlərə baxmayaraq, olduqca azsaylı azərbaycanlı çar ordusunda xidmət keçib və onlardan 47 nəfəri general-leytenant, general-mayor, kavaleriya generalı, artilleriya generalı rütbəsinə yiyələnib və rus hərb tarixinin əfsanələrinə çevrilib.

Elçin Mirzəbəyli qeyd edib ki, 100 il bundan əvvəl Azərbaycan Ordusu formalaşanda xalqımızın döyüş ruhu yenidən baş qaldırıb, qan yaddaşımıza hopmuş dövlətçilik və hərbçilik ənənələri yenidən dirçəlib. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı ildən cəmi iki il sonra – 1971-ci il aprelin 19-da məşhur Naxçıvan xanları sülaləsinin axırıncı, altıncı generalı, briqada komandiri Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbi yaradanda da Azərbaycan xalqına “qan yaddaşında dövlətçilik və hərbçilik ənənələri yatır və onu dirçəltmək lazımdır” mesajını verib, müasir Azərbaycan hərb məktəbinin əsasını qoyub. İyunun 26-da Azadlıq meydanında keçirilən hərbi parad isə şübhəsiz ki, hərb tariximizin, 100 il öncə əsası qoyulmuş cümhuriyyət Azərbaycanının, 47 il öncə yenidən dirçəldilmiş hərbçilik ənənələrimizin, müasir Azərbaycan dövlətinin möhkəm tarixi kökləri üzərindən boy atan dövlət və ordu quruculuğu bacarığının, Ali Baş Komandanımızın qətiyyətinin, əzminin təntənəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir