MƏDƏNİYYƏT
Elçinin “Baş” romanı İtaliyada işıq üzü görüb
Bakı, 18 dekabr, AZƏRTAC
Xalq yazıçısı Elçinin son illər Azərbaycan ədəbiyyatının böyük uğuru kimi qiymətləndirilən “Baş” romanı xarici ölkələrdə geniş yayılmaqdadır. Son dövrdə əsər Türkiyə, Almaniya, Rusiya, Misir, Moldova və digər ölkələrin məşhur nəşriyyatları tərəfindən nəşr edilib, bir sıra xarici mətbuat orqanlarında dərc olunub.
Bu nəşrlər ədəbi tənqidin diqqət mərkəzində olub, mətbuat “Baş” romanını ancaq milli ədəbiyyatın deyil, ümumiyyətlə müasir dünya nəsrinin hadisəsi kimi işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, bu günlərdə İtaliyanın “Roma–Sandro Teti Editore” nəşriyyatı “Baş” romanını italyan dilində nəfis tərtibatla çap edib. Əsəri Olqa Mazzina tərcümə edib. Kitabın tərtibatı Laura Perettiyə məxsusdur.
Məlumat üçün bildirək ki, “Baş” romanı ABŞ, İngiltərə və Çex Respublikasında da nəşrə hazırlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [14:32]
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
- 20.04.2024 [14:18]
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir
- 20.04.2024 [12:03]
“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO
- 20.04.2024 [10:56]
Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb
- 20.04.2024 [10:43]
Nəsibə Zeynalovanın anadan olmasının 108-ci ildönümü tamam olur
- 20.04.2024 [00:32]
Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub
- 19.04.2024 [22:41]