MƏDƏNİYYƏT


Elçinin “Şekspir” pyesinin İtaliyada yeni tamaşası

Bakı, 19 sentyabr, AZƏRTAC

Xalq Yazıçısı Elçinin pyesləri xarici ölkə teatrlarının diqqət mərkəzindədir. Bu pyeslər ABŞ, İngiltərə, Rusiya, Türkiyə, İtaliya, Koreya Respublikası, Ukrayna, Gürcüstan və digər ölkələrin teatrlarında müvəffəqiyyətlə tamaşaya qoyulub, tamaşaçıların da, sənətşünasların da yüksək qiymətini alıb. Yazıçının məşhur “Şekspir” tragikomediyasının da səhnə taleyi çox uğurlu olub. İlk dəfə Bakıda tamaşaya qoyulmuş bu pyes bir çox dillərə tərcümə edilib, Nyu-York, London, İstanbul, Moskva, Sankt-Peterburq və başqa böyük şəhərlərin teatrlarında səhnələşdirilib.

AZƏRTAC xəbər verir ki, İtaliyanın Aurum-Larqo Qardone Riverada teatrı avqustun 23-dən etibarən “Şekspir” pyesi əsasında hazırlanmış tamaşanı sənətsevərlərə təqdim edir. Pyes yüksək zövqlə hazırlanmış buklet və afişalarda “təkrarolunmaz, müqayisə edilməz, qeyri-adi, mükəmməl” əsər kimi qiymətləndirilir. Pyesi ingilis dilindən italyancaya Marqerita Kristiani tərcümə edib. Tamaşanın quruluşçu rejissoru Patrizia Di Filviani, bəstəkarı Gulio Skokkiadır. Əsas rolları İtaliyanın tanınmış aktyorları Q.Silveri, D.Jiglia, A.Petrone, A.Talotti və başqaları ifa edir. Bütün tamaşalar anşlaqla keçir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.