Eldar Abbasov: Azərbaycan dövləti gənclərə yüksək diqqət və qayğı göstərir VİDEO
AzerTAg.az
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının gənc əməkdaşlarının “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda I Forumunda dövlətin həyata keçirdiyi gənclər siyasəti haqqında geniş bəhs olundu. Gənclərin dövlətə nə kimi töhfələr verməsi məsələsi müzakirə olundu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dövlət Gömrük Komitəsinin əməkdaşı Eldar Abbasov bildirib. O deyib ki, forumda da qeyd olunduğu kimi, hüquq mühafizə orqanlarında çalışan gənclər dövlət başçısının siyasi kursunu dəstəkləyirlər. Gənclər ölkəmizin inkişafı naminə ciddi fəaliyyət göstərəcəklərini bəyan etdilər.
E.Abbasov vurğulayıb ki, Azərbaycan dövləti gənclərə yüksək diqqət və qayğı göstərir. Ölkəmizdə çox uğurlu gənclər siyasəti aparılır.

Xəbərin mətnində orfoqrafik səhv var