CƏMİYYƏT


Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisidə AXC qurucularının məzarlarını ziyarət edib

Tbilisi, 1 oktyabr, AZƏRTAC

Gürcüstanda səfərdə olan Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, görkəmli siyasi xadim sabiq xarici işlər naziri Həsən Həsənov və digər rəsmi şəxslər Tbilisi şəhərinin Botanika bağında yerləşən, görkəmli azərbaycanlıların panteonunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularının məzarlarını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, E.Əzizov, H.Həsənov, Azərbaycanın Gürcüstandakı səfiri F.Quliyev panteonda Fətəli xan Xoyski və Həsən bəy Ağayevin, şair Mirzə Şəfi Vazeh və Azərbaycan dramaturgiyasının banisi, yazıçı və ictimai xadim Mirzə Fətəli Axundzadənin məzarları üstünə gül dəstələri düzüblər.

BŞİH-nin başçısı daha sonra Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində və böyük ədib, həkim və dövlət xadimi N.Nərimanovun ev-muzeyində olub.

E.Əzizova hər iki muzeyin yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Eldar Əzizov muzeylərin fəaliyyəti ilə tanış olub, burada qorunan Azərbaycan mədəniyyəti nümunələrinə baxıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.