CƏMİYYƏT


Eldar İbrahimov: “Şuşa İli”dən sonra “Heydər Əliyev İli”nin qeyd edilməsi əlamətdar hadisədir

Bakı, 3 oktyabr, AZƏRTAC

“Şuşa ilin”dən sonra “Heydər Əliyev ili”nin qeyd edilməsi əlamətdar hadisədir. Qarabağı, Şuşanı azad görmək ulu öndər Heydər Əliyevin ən böyük arzusu idi.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İntizam Komissiyasının sədri, iqtisad elmləri doktoru Eldar İbrahimov oktyabrın 3-də “Ulu öndər Heydər Əliyev Müstəqil Azərbaycanın qurucusudur” mövzusunda keçirilən dəyirmi masada deyib.

E.İbrahimov diqqətə çatdırıb ki, Ulu Öndər müstəqil Azərbaycanın qurucusudur. Suveren dövlətimiz Ümummilli Liderin indiki və gələcək nəsillərə əmanətidir.

Bildirilib ki, Ulu Öndər Azərbaycanın çətin dövründə xalqın xilaskarı və müstəqilliyimiz üçün dayaq oldu. Xalq çətin vəziyyətdə nicat yolunu məhz ulu öndər Heydər Əliyevdə gördü.

Təsadüfi deyil ki, onun yenidən hakimiyyətə gəldiyi gün Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd olunur.

Qeyd edək ki, tədbir ulu öndər Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasında Prezident seçilməsinə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasına həsr edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.