Elektrik avadanlıqlarının satışını həyata keçirən ticarət şəbəkələrinin nümayəndələri ilə görüş olub
AzerTAg.az

Bakı, 12 oktyabr, AZƏRTAC
Təhlillər göstərir ki, 2021-ci ilin 9 ayı ərzində məişət texnikası, mobil telefonlar və elektrik avadanlıqlarının qüsurlu olması, dəyişdirilməsi və geri qaytarılması qaydalarının pozulması ilə əlaqədar istehlakçılar tərəfindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu məsələlərin müzakirəsi məqsədilə elektrik məişət avadanlıqlarının satışı ilə məşğul olan iri bazar iştirakçıları ilə görüş keçirilib. Tədbirdə Dövlət Xidmətinə daxil olan müraciətlərin böyük hissəsinin mağazalar şəbəkələri tərəfindən məhsulların zəmanət şərtləri, istismar qaydaları, istehlak xüsusiyyətləri barədə istehlakçılara ətraflı və düzgün məlumatların verilməməsi, qüsurlu məhsulun texniki müayinəsi prosesi zamanı baş verən pozuntular, adekvat əvəzedici məhsulun təqdim edilməməsi və sair ilə bağlı olduğu bildirilib, onların aradan qaldırılması, müştəri məmnunluğunun təmin edilməsi tədbirləri müzakirə edilib.
Xəbərin mətnində orfoqrafik səhv var