İQTİSADİYYAT


Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət tənzimlənməsi hansı prinsiplərə əsaslanır?

Bakı, 12 iyul, AZƏRTAC

Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət tənzimlənməsinin prinsipləri müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda deyilir ki, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:

- dəstək mexanizmlərinin tətbiqi;

- dəstək mexanizmlərindən bərabər istifadə imkanı və şəffaflığın təmin edilməsi;

- istehsalçılar üçün elektrik şəbəkəsindən bərabər istifadə imkanlarının yaradılması;

- bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında beynəlxalq standartların tətbiqi;

- bərpa olunan enerji mənbələri potensialından səmərəli istifadənin təmin edilməsi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.