İQTİSADİYYAT


Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi artıb

Bakı, 14 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 954 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4 faiz artıb. Sənaye məhsulunun 4 faizi məhz bu sektorda istehsal edilib.

Yarım ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi isə 0,5 faiz artaraq 147,6 milyon manat təşkil edib. Sənaye məhsulunun 0,6 faizi həmin sektorda istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.